» » Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə

Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə

Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə

Həm sağlam, həm də dadlı yemək hazırlamaq üçün:

1. Tərəvəz yeməyi hazırlayarkən, bir kilo tərəvəzə iki xörək qaşığı duru yağ əlavə edin. Ətli tərəvəz yeməklərində isə yağ əlavəsi etmənizə ehtiyac yoxdur.
2. Bişirərkən yağda qızartma, qovurma yerinə qaynatma, sobada qızartma və ya sulu bişirmə üsullarını istifadə edə bilərsiniz.
3. Yeməklərə ləzzət vermək üçün yalnız yağa və sousa fokuslanmayın. Tərəvəz və ədviyyatlarla müxtəlif dadlar hazırlayın.
4. Sos və şorbaları krem yerinə aşağı yağlı südlə bişirin.
5. Evdə duzu və yağı daha az istifadə etməsi lazım olan ailə üzvünüz varsa, hər kəsə eyni qazanda yemək bişirin. Daha sonra ayırıb, bir qisminə duz və yağ əlavə edin.
6. Peçenye və kekslərin şəkər yerinə quru meyvə və ya az miqdarda bəkməzlə edin.
7. Keks və ya qurabiyələrdəki yağı azaltmaq üçün yağsız süd əlavə edin
8. Kababı yalnız ət, toyuq və balıq üçün deyil, pomidor, bibər, balqabaq, göbələk və s. daxil, digər bütün tərəvəzlərlə də edə bilərsiniz.
9. Toyuğu qaynatdıqdan sonra yağını alın! Mümkünsə dərisini soyaraq bişirin.
10. Tavaya yağ əlavə etmədən bişirmək istəyirsinizsə, bir az su damcıladın və vam odda bişirmə üsulunu tətbiq edin.
11. Sobada yağsız bişirmək üçün yağlı kağızdan faydalanın.
                                         

Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə


12. Toyuğu qaynatdıqdan sonra suyunun üzərindəki yağı alıb, daha sonra tərəvəz və ya çorbalarınızda istifadə edə bilərsiniz.
13.Bir yumurta və iki yumurta ağını qarışdırın. Tavaya yağ yerinə çox az su qatıb, tərəvəzlərlə birlikdə bişirin.
14. Çay saatında iştahanız qutab istəyərsə, bir lavaşın içinə üç yemək qaşığı kəsmik və ya pendir, bir az cəfəri, yaxud evdə olan hər hansı bir göyərti liə kətə şəklində dördə qatlayın. Bir çay qaşığı zeytun yağı ilə üç yemək qaşığı qatığı üzərinə sürtüb və tavada vam odda hər iki üzünü qızardın.
15. Düyü yerinə yarma seçim edin. Glisemik indeksi aşağı olan yarma, qan şəkəri səviyyənizi tarazlayır, ehtiva etdiyi lif və zülal düyüyə görə daha yüksəkdir. İki yemək qaşığı yarma bir nazik dilim çörəyə bərabərdir.
16. Xəmirli və yağlı şirniyyatlar yerinə, meyvələri, ya da quru meyvələrlə şirniyyat etməyi sınayın.
17. Meyvə şirəsindən gələn kalorini azaltmaq üçün su əlavə edin və ya mədən suyu ilə qarışdırın.
18. Pomidor və soğanı yeməklərdə bol istifadə edin. Kalori dəyəri aşağı, su nisbəti yüksək olduğu üçün doyurucudur və antioksidant tutumu yüksəkdir.
19. Ət və ya toyuğun yanında karbonhidrat ehtiva edən kartof və ya plov yerinə, kalorisi çox aşağı olan göbələyi seçin. Soğan, pomidor və təzə tərəvəzlərlə salat edə bilərsiniz.
20. Kartofu qızartmaq yerinə sobada südlə bişirmək uşaqlarınız üçün çox daha yaxşı bir daddır.
21. Yulaf, kəpək unu və quru meyvələrlə sıyıq hazırlaya, fındıq, qoz, badam əlavə edə bilərisiniz.
22. Darçın şəkər ehtiyacını azaldır, meyvə salatı, bitki çayları və südünüzün içinə mütləq əlavə edin.
23. Evdə mütləq təzə tərəvəz və meyvə saxlanın. Uşağınızın qəlyanaltı vərdişi varsa xiyar, kök və xırda pomidorlarla müxtəlif formalı salat verin.

Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə

                                           

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz