» » Lətifələr

Lətifələr

Müəllif: Vüsal от 14-10-2016, 15:05

Lətifələr

Bir gün bir oğlan balıq tutanda torundan qızıl balıq çıxır. Balıq deyir ki, əgər məni buraxsan sənin 3 arzunu yerinə yetirərəm. Oğlan sevinir və deyir: "Yaxşı razıyam. 1-ci - mənə çoxlu qızıl ver". Balıq deyir: "Gözünü yum". Oğlan gözünü yumur. Deyir: "İndi aç". Oğlan gözünü açanda görür ki, nə qədər qızıl var. Oğlan sevinir və 2-ci arzusunu deyir: "Mənə yaxşı ev ver". Yenə balıq deyir: "Gözünü yum". Oğlan gözünü yumur. Deyir: "Indi aç". Oğlan gözünü açanda görür ki, şahlara layiq bir ev var. Oğlan sevinir və 3-cü arzusunu deyir: "Mən Milli Qəhrəman olmaq istəyirəm. Balıq deyir: "Gözünü yum". Oğlan gözünü yumur. Deyir: "Indi aç". Oğlan gözünü açanda görür ki, əlində qumbara tankın üstünə gedir.

Lətifələr

Kənddə yaşayan iki əmioğlu - Cəfərqulu və Məmmədqulu Turkiyəyə ikimərtəbəli avtobusla yola düşürlər.Cəfərqulu ikinci Məmmədqulu birinci mərtəbədə oturur. Turkiyə ərazisinə çatanda Cəfərqulu yuxarıdan qışqırır:
-Ay Məmmədqulu?
- Hə?
- Aşağıda yer var?
-Neyniyirsən, oturmusan yuxarda da?
-Ə qardaş, sizdə sürücü var, biz Allahın ümüdünə gedirik. 

 

Lətifələr

Ana -bala söhbət edirlər. Bala anadan soruşur:
- Ana, mələklər uçur?
- Bəli, bala uçur
- Bütün mələklər uçur?
- Bəli, balam.
- Bəs onda bizim qulluqçu qız niyə uçmur?
- Qulluqçu qız niyə uçmalıdır ki, ay mənim ağıllı qızım?
- Nə bilim, ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
Ana hirsli halda durur ayağa:
- Demək belə, onda bir azdan uçacaq. 

 

Lətifələr

Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da qaçır atasından əlindən gəlir mətbəxə anasının yanına və anasında deyir ona kömək eləsin. Atası da gəlir bunun dalınca mətbəxə və yenə də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə döyürsən ? 
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi niyə döyürsən ? Əri cavab verir : “ arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ? 

 

Lətifələr

Uşaq qonaqdan soruşur siz nə vaxt gedəcəksiz? Qonaq deyir nə olub? Uşaq cavab verir, "mamam" dedi ki, qonaq getsin, sənə yemək verəcəm.

 

Lətifələr

Bir kisi olduqca çox araq icirmiş. Arvadi deyir ki, bir də içmiş gəlsən, qapını "acmiyeceyem". Kisi bir gün də bərk içib gəlir. Qapını döyür. Arvad qapıya yaxınlaşıb deyir ki, kimdir? Kisi güc-bəla cavab verir ki, mənəm. Arvadi deyir ki, axı sənə demisdim, bir də içib gəlsən qapını "açmiyeceyem". Kisi bilmir ne bəhanəylə qapını açdırsın. Deyir ki, ay qəşəng qız, sənin üçün gözəl gül almışam, aç qapını verim. Arvad gül adını eşidib yumşalır və qapını açır. Amma görür ki, kişinin əlində gül yoxdur, yarıççıq araq "butılka"sı var. Soruşur ki, bəs hanı gül? Kişi də deyir ki, bəs hanı qəşəng qız? 

 

Lətifələr

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz