
Bir gün bir oğlan
balıq tutanda torundan qızıl balıq çıxır.
Balıq deyir:
-Əgər məni buraxsan, sənin 3 arzunu yerinə yetirərəm.
Oğlan sevincək deyir:
-"Yaxşı razıyam.
1-cisi, mənə çoxlu qızıl ver".
Balıq deyir:
"Gözünü yum , bir də mən deyəndə aç.
Oğlan
gözünü yumur. Balıq işarə edəndə isə açır və görür ki, qarşısında nə
qədər qızıl var.
Oğlan sevinir və 2-ci arzusunu bildirir:
-Mənə yaxşı ev
ver.
Balıq yenə: "Gözünü yum və əvvəlki kimi mən deyəndə aç".
Oğlan gözünü yumub 1-2 dəqiqədən sonra açanda görür ki, şahlara layiq bir ev var.
Oğlan sevinir və 3-cü arzusunu bildirir:
-"Mən Milli Qəhrəman olmaq istəyirəm.
Balıq deyir:
- Gözünü bir də yum...
- indi isə aç.
Oğlan gözünü yumur və balıq deyəndə açıb görür ki, əlində qumbara tankın üstünə gedir.

Kənddə yaşayan iki əmioğlu -
Cəfərqulu və Məmmədqulu Turkiyəyə ikimərtəbəli avtobusla yola
düşürlər.Cəfərqulu ikinci Məmmədqulu birinci mərtəbədə oturur. Turkiyə
ərazisinə çatanda Cəfərqulu yuxarıdan qışqırır:
-Ay Məmmədqulu?
- Hə?
- Aşağıda yer var?
-Neyniyirsən, oturmusan yuxarda da?
-Ə qardaş, sizdə sürücü var, biz Allahın ümüdünə
gedirik.

Ana -bala söhbət edirlər. Bala anadan soruşur:
- Ana, mələklər uçur?
- Bəli, bala uçur
- Bütün mələklər uçur?
- Bəli, balam.
- Bəs onda bizim qulluqçu qız niyə uçmur?
- Qulluqçu qız niyə uçmalıdır ki, ay mənim
ağıllı qızım?
- Nə bilim, ana, atam həmişə onunla danışanda
mələyim deyir axı.
Ana
hirsli halda durur ayağa:
- Demək belə, onda bir azdan uçacaq.

Bir gün bir kişi evdə oğlunu tutub döymək
istəyir, Oğlu da atasının əlindən çıxıb mətbəxə anasının yanına qaçır ki, qoyma, atam məni döyür. Atası da gəlir bunun dalınca mətbəxə və yenə
də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə
döyürsən ?
Əri deyir ki, arvad, bu köpəyoğlu keçən həftə
mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi
niyə döyürsən ?
Əri cavab verir :
- Arvad, 5 dəqiqə əvvəl heyvanlar
haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandır ?

Uşaq qonaqdan soruşur siz nə vaxt gedəcəksiz?
Qonaq deyir nə olub? Uşaq cavab verir, "mamam" dedi ki, qonaq getsin,
sənə yemək verəcəm.

Bir kisi olduqca çox araq icirmiş. Arvadi deyir
ki, bir də içmiş gəlsən, qapını "acmiyeceyem". Kisi bir gün də bərk
içib gəlir. Qapını döyür. Arvad qapıya yaxınlaşıb deyir ki, kimdir? Kisi
güc-bəla cavab verir ki, mənəm. Arvadi deyir ki, axı sənə demisdim, bir də içib
gəlsən qapını "açmiyeceyem". Kisi bilmir ne bəhanəylə qapını
açdırsın. Deyir ki, ay qəşəng qız, sənin üçün gözəl gül almışam, aç qapını
verim. Arvad gül adını eşidib yumşalır və qapını açır. Amma görür ki, kişinin
əlində gül yoxdur, yarıççıq araq "butılka"sı var. Soruşur ki, bəs
hanı gül? Kişi də deyir ki, bəs hanı qəşəng qız?
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Mənim Tanrım gözəllikdir, sevgidir
Yağışın yaratdığı əsrarəngiz lövhələr
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Eşqimiz bir şirin sevda
Yazarlar