» » Zakir Məmməd - 65

Zakir Məmməd - 65

 

Zakir Məmməd  - 65

Təbəssümlü çöhrə təbəssümlü niyyətlərə, təbəssümlü əməllərə İşıq tutar, nur səpələr. Molyer də deyib ki,
İnsan gülə bildiyi qədər İNSANdır. Doğru deyib, obrazlı deyib bunu, mən nəkarəyəm ki, bu fikri redaktə edim. Bu fikir bizim mətbuatın başlıqlarından götürülməyib ki, bunu da redaktə edim. Bu fikri Makron deməyib ki, lap nə olur-olsun, atım kənara.
Kirişkələnməyim onunla bağlıdır ki, biz indi necə müəyyən edək ki, dostumuz-qardaşımız – gözəl ədəbiyyat adamı, şair, tənqidçi və publisist Zakir Məmməd nə qədər gülür? Bunu necə hesaba alaq? Beynəlxalq Vahidlər Sistemini, ölçü vahidlərini etalon kimi müəyyən edən kəslərdən kimsə önə çıxıb demədi ki, bəs çəki ilə, həcmlə, vaxtla, fiziki proseslərlə bağlı olmayan mövcud olanları necə ölçək, başlanğıc olçünü nə qədər götürək, necə dəyərləndirək? Gözəyarı ölçü olarmı?
Necə olur ki, "Gelotologiya" adlı elm (Gülmək elmi və gülməyin orqanizmə təsiri) yaradırlar, amma ölçü vahidi yoxdur.
Bəs səmimiyyəti necə ölçüb bilək, necə qoruyub saxlayaq?
Niyə bu və ya digər fəaliyyət sahəsində məşğul olan şəxslərə xüsusi xidmətlərə görə fəxri ad verirlər, amma təbəssümlü adamlar, səxavətli adamlar, yaxşı adamlar heç bir ad almırlar. Bayağı mahnılar oxuyan şou sənətçiləri fəxri ad alır, humanizm haqqında müfəssəl məlumata malik olan, onun bütün etik prinsiplərini gözləyərəkdən xeyriyyəçilik edən adamlar haqqında bir ödül fikirləşmirlər. Bölgələrdə yaşayan yaradıcı adamlarımızdan biri kimi, Zakir Məmmədiə ədəbiyyatımıza bu qədər xidmətlərinə görə Prezident təqaüdünə təqdium etmək olmazdımı?
Nə üçün eybəcər-eybəcər adamları hər il zorla ölkə gözəli, dünya gözəli (kişiləri də belə seçirlər) elan edirlər, ətək-ətək pul xərcləyirlər, sponsorlar fırfıra kimi gözəl olmayan eybəcərlərin başılarna fırlanırlar, amma dünya əldən çıxmaq üzrədir, bir xeyirxah adam axtarılmır, təqdir olunmur?
Nə üçün biz yaxşı adamları , səmimi adamları fərqləndirməyə, tanıtmağa ayrılmırıq?
Mən Beynəlxalq Vahidlər Sistemi ilə məşğul olan qurumda işləməsəm də, Metrologiya və Standartlaşdırma Mərkəzinin əməkdaşı olmasam da, arzumu, istəyimi, rəyimi bildirə bilərəm, demoratik cəmiyyətin vətəndaşı deyiləmmi?
Məsələn, mənim öşçü keyfiyyətlərim korşalmayıbsa, Zakir Məmmədi tanıdığım müddətdən keçən dövr ərzində
"Ən səmimi İnsan” kimi təqdim edib, inaqurasiya mərasimində heyranlığımı sevinclərimlə izhar edərdim. Hərə bir belə İNSAN kəşf edərsə, bir də görərik ki, hamı can deyib can eşidir, hamı safdır, sadədir, təvazökardır…
Zakir müəllimin bu gün 65 yaşı tamam olur. Dostum-qardaşım 65 ildir ki, dilində, belində,çiynində, niyyətlərində səmimiyyətin yükünü daşıyır. Sevgi daşıyır, xoş arzular daşıyır. Bu anında da Böyük Yük altında səmimiyyətin nazını daşıyır…
Sizif əməyi deyil bu. Səmimiyyətə xidmətdir, fədailikdir.. Öpürəm qardaşımı. Belə naz daşımağı bizə də öyrət, mənə də öyrət, dostlarıma da öyrət….

Zakir Məmməd  - 65

 

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Zakir Məmməd  - 65

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz