» » Molla Nəsrəddin güldürür və mətləb qandırır

Molla Nəsrəddin güldürür və mətləb qandırır

Müəllif: Anaveusaq.az от 7-12-2020, 11:14

Molla Nəsrəddin  güldürür  və mətləb qandırır

 

Bir gün Teymurləng Molla Nəsrəddini özü ilə nahar etməyə dəvət edir. Süfrəyə badımcan dolması gəlir. Teymur deyir ki, badımcan mənim dünyada ən çox sevdiyim yeməkdir. Molla deyir ki, mənim də. Bir az keçir, Teymur deyir ki, amma xörəyi yaxşı olmur, illərlə görməsəm, yadıma da düşməz. Molla yenə deyir ki, mənim də.

Bir qədər də keçir. Teymur deyir ki, çox qüvvətli yeməkdir, yeyən kimi gözümə işıq gəlir. Molla Teymurun sözünə qüvvət verir ki, mən də çox rahat oluram.

Mollanın sözü qurtarmamış Teymur aşpazı çağırır ki, badımcanı yığışdırın, bir də süfrəyə qoymayın, badımcandan zəhləm gedir.

Molla dərhal dillənir:

- Mənim də, qibleyi-aləm, badımcanı görməyə gözüm yoxdur.

Teymur deyir ki, sən necə adamsan, mən nə deyirəm, sən də onu deyirsən. Molla cavab verir ki, gərək belə də ola. Mən sənə qulluq edirəm, səndən donluq alıram, badımcana qulluq etmirəm ki….

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.