» » Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)

Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)

 

1. İsgəndər - Makedoniya çarı II Filippin yetim qız olan Olimpiadadan yeganə oğlu idi. Yunanca onun adı Aleksandrdır. Sonra ərəblər onun adını öz dillərinə uyğun şəklə salıb "İsgəndər” kimi yazdılar. Rəvayətə görə, anasının toy gecəsi bir neçə əlamət və təbiət hadisəsi ilə müşayiət olunmuşdu. Onlardan biri - Olimpiada yuxuda görmüşdü ki, göy guruldadı və ildırım onun bətnini vurdu. Bu, İsgəndərin ruhi əzəmətini və fövqəlbəşər təbiətini hələ uşaqlıqdan məlum edirdi.

 

2. İsgəndərin 13 yaşı olanda, atası çar II Filip ona tərbiyə vermək üçün görkəmli yunan filosofu Aristoteli saraya gətirir. Aristotel gələcək hökmdara davranış qaydalarını, hakimiyyəti idarəetmə elmlərini öyrədir.


3. İsgəndər 16 yaşındaykən Makedoniyanın taxtını ələ keçirmişdir. 13 il hakimiyyətdə olan İsgəndər, eyni zamanda, Makedoniya kralı, Misir fironu, Fars padşahı və Asiyanın kralı idi.


4. Makedoniyalı İsgəndər müharibələr zamanı gedən döyüşlərdə heç zaman məğlub olmamışdır. Onun  taktiki döyüş sxemləri indi də dünyanın bütün hərbi akademiyalarında və ali təhsil ocaqlarında tədris olunur.


5. Makedoniyalı İsgəndərin  vəsiyyətnaməsindəki son arzusu nikah və əhalinin transplantasiyası yolu ilə Asiya və Avropanın əhalisini birləşdirmək idi.


8. İsgəndər uşaq vaxtı yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: "Atam dünyanı aldı, mənə heç nə qalmadı.”

Bir dəfə də saray filosofu Anaxarchus ona kainatda sonsuz dünya olduğunu söylədiyində ağlamağa başlayır: ”O qədər çox dünya var ki və mən hələ bir dənəsini belə fəth etmədim.”

 

7. Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhvali-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:

- Bunun harası pisdir. Demək, onlar qabaqcadan qələbə qazanmaq əhvali-ruhiyyəsindədirlər.

 

8.Hindistandakı savaş zamanı İsgəndərin üzərindən heç enmədiyi sevimli atı yaralanır və ölür. Atın öldüyü yerdə məzar, onun ətrafında isə şəhər saldırır və bu şəhərə də atının adını verir: "Butsefal” (Pakistanda hal-hazırda Jelalpur ş.)


9. Makedoniyalı İsgəndərin tərbiyəçisi olduqca sərt xasiyyətli Leonid idi. Məhz Leonid İsgəndərin həm fiziki, həm də mənəvi cəhətdən güclü bir şəxsiyyət kimi yetişməsində o, çox böyük rol oynamışdı.

Məşhur yunan filosofu Aristotel isə bir neçə il İsgəndərə dərs demiş, ona elmi biliklərlə yanaşı dövlət quruluşu və idarəçiliyinin sirlərini öyrətmişdi. Sonralar İsgəndər demişdi ki, həyata gəldiyinə görə Filipə, ləyaqətli həyat sürdüyünə görə isə Aristotelə borcludur.

 

10. Makedoniya ordusunun gücündən qorxuya düşmüş III Dara özü döyüşə rəhbərlik etmək qərarına gəldi. O, İsgəndərə qarşı döyüşə yüz min nəfərlik qoşun çıxartdı. Öz gücünə arxalanan Dara bu yürüşə saysız-hesabsız qulluqçuları, rəqqasələri və ailəsi anası, arvadı və qızları ilə birgə çıxmışdı.İkinci döyüş İss şəhəri yaxınlığında baş verdi. Taktiki manevrlərindən ustalıqla istifadə edən İsgəndər Daranı döyüş yerindən qaçmağa məcbur etdi. Bu İran döyüşçülərini ruhdan saldı və makedoniyalılar özlərindən sayca qat-qat çox düşmənə qalib gəldilər.

 

11. Tanışları İsgəndərə olimpiya oyunlarında iştirak etməyi təklif etdikdə, demişdi ki: "Əgər rəqiblərim şahlər olacaqsa, iştirak edərəm."

 

12. Daranın ailəsi əsir götürülmüşdü, İsgəndər hamıya tapşırdı ki, onlarla şah ailəsi kimi rəftar etsinlər, qadınların saxlandığı çadıra yaxınlaşmasınlar. Makedoniya çarının bu alicənablığı Asiya xalqları arasında ona böyük nüfuz və hörmət qazandırdı.

Döyüşdən sonra Dara İsgəndərə xəbər göndərib öz imperiyasının bir hissəsini - Yunanıstandan Dəclə-Fərat sahillərinə kimi geniş bir ərazini ona təklif etdi. Makedoniya ordusunun ən nüfuzlu sərkərdəsi Parmenion İsgəndərə dedi:

-Mən İsgəndər olsaydım, razılaşardım.

-Mən də razılaşardım əgər İsgəndər olmasaydım - deyə cavab verdi.

O, Daraya öz məşhur cavabını göndərdi: "Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm."

 

13. Makedoniyalıların düşərgəsindən qaçmış bir fars Daraya xəbər gətirdi ki, İsgəndər onun ailəsi ilə çox ləyaqətli davranır, onlar özlərini şah sarayındakı kimi hiss edirlər. Bunu eşidən Dara üzünü göylərə tutub dedi:

- Ey mənim nəslimə və səltənətimə himayədarlıq edən Allahlar, mənə farsların əzəmətini qaytarmaqda kömək edin ki, əzizlərimə göstərdiyi qayğıya görə İsgəndərin borcundan çıxa bilim. Yox, əgər qəzavü-qədərin cəza saatları çatıb fars hökmranlığı yerlə-yeksan olacaqsa, onda qoy İsgəndərdən başqa heç kim Kirin taxtına oturmasın!

Davamı var,,,

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
think finance uk payday loans <a href="http://rirocash.com/ ">elephant payday loan</a> cash advance credit card rbc
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cialis online overnight shipping <a href="https://llecialisjaw.com/ ">http://llecialisjaw.com/ </a> buy viagra cialis mix online
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cheap viagra free shipping <a href="http://viagraonlinejc.com/ ">http://viagraonlinejc.com/ </a> what is viagra made of
  • Нравится
  • 0