» » Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)

Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)

1. Alfred Nobelin səhvən qəzetlərdə ölüm xəbəri yayilir. Özü haqqinda "milyoner qan içində","partlayici taciri ölüm ayağinda,"dinamit krali" yazilmiş yazilari oxuyanda pis olur. Tarixdə dinamiti kəşf etməklə qəddar şəxs kimi qalmaq istəmədiyindən 1889 -cu ildə keçirilmiş Beynəlxalq  Sülh konqresinə qoşulur.
1896-ci ildə İtaliyada San-Remodaki villasinda vəfat edir.

2. 1859-cu ildə əsir düşən Şamili çar Nikolay süfrəsinin başinda oturtmuş və-"Sizi süfrəmin qonaği etməklə böyük bir şərəf duyuram"-demişdir. Şamil də cavabinda-"Mən də sizi süfrəmin başinda qonaq etsəydim, böyük şərəf duyardim"- demişdir.
Çar ona müraciətində "böyük adam", "böyük insan" deyərək,ona olan heyranliğini gizlətməmişdir.
Bir müddət Şamil Kaluqada əsir kimi yaşamiş.Sonra xahişi ilə Mədinəyə getmək üçün icazə almişdı. Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhalisindən böyük məhəbbət görmüşsür. Həmçinin dövlət məmurlari ona olan hörmətlərini gizlətməmişdilər.
Şamil İstanbulda az qaldiqdan sonra Mədinəyə getmiş və 1871 -ci ildə orda vəfat etmişdir.
Oğlanlari və nəvələri Türkiyədə yerləşmişdilər. Bunlarin arasindan dəyərli insanlar yetişmişdir.

3.Rus ordusu qarşısında daqıstanlılar qırılıb,sayları azaldiqca, qəbilə başçıları silahlarını yerə qoyub təslim olmaq istəyirdilər. Onlar Şamili razi salmaq üçün anası ilə danışıb,anasını yanına yollamişdılar. Barişıq haqqında anaının təklifini dinləyən Şamil heç bir cavab verməmişdir. Namazını qılıb qurtardiqdan sonra anasının  təklifinə görə ona yüz çubuq vurulmasını əmr etmişdir. Beşinci çubuqdan sonra bayılan anasını ağlayaraq qaldırmış, qalan çubuqları özünə  vurulmasını əmr etmişdir.

4. İsgəndər uşaq vaxtı yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: "Atam dünyanı aldı, mənə heç nə qalmadı.”
Bir dəfə də saray filosofu Anaxarchus ona kainatda sonsuz dünya olduğunu söylədiyində ağlamağa başlayır: ”O qədər çox dünya var ki və mən hələ bir dənəsini belə feth etmədim.”
Hindistandakı savaş zamanı İsgəndərin üzərindən heç enmədiyi sevimli ati yaralanır və ölür. Atın öldüyü yerdə məzar, onun ətrafında isə şəhər saldırır və bu şəhərə də atının adını verir: Butsefal (Pakistandaki hal-hazirda Jelalpur ş.)

5. İsgəndər və on müdrik
Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların   məşhur olduqlarını eşidib deyir:
-Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmazsa, hamınızı edam etdirəcəyəm.
Sonra onlardan birini hakim seçərək suallara keçir:

1. Kimlər çoxdur-dirilər ya ölülər?
-Dirilər, çünki ölülər artıq yoxdur.

2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə?
-Dənizdədir, çünki torpaq dənizin bir hissəsidir.

3. Ən hiyləgər heyvan hansıdır?
-O heyvan ki, hələ indiyə qədər insan onu tanımır.

4. Nəyə görə Sabbanı xəyanətə təhrik edirdin?
-İstəyirdim ki, ya gözəl yaşasın, ya da gözəl ölsün.

5. Gündüz əvvəl olub, ya gecə?
-Gündüz bir gün əvvəl olub.
Sonra da əlavə edir: "Müəmmalı sualın müəmmalı da cavabı olur".

6. İnsan özünü necə aparmalıdır ki, hamı onu sevsin?
-Ən böyük məhəbbətə o kəs layiqdir ki, hamıdan qüdrətli olsa da heç kimə qorxulu deyil.

7. İnsan necə Allaha çevrilə bilər?
-İnsan o vaxt Allaha çevrilə bilər ki, insan üçün qeyri-mümkün olan bir şey etsin.

8. Nə güclüdür: həyat yoxsa ölüm?
-Həyat! Çünki o bu qədər məşəqqətlərə dözür.

9. İnsan nə vaxtadək yaşamalıdır?
-O vaxtacan ki, hələ ölməyin yaşamaqdan daha yaxşı olduğu qənaətinə gəlməyib.

Beləliklə, Makedoniyalı İsgəndər bütün cavabları dinləyib axırıncı müdrikə hökm çıxarmağı əmr edir.
Müdrik deyir:
- Biri o birisindən pis cavab verirdi.
İsgəndər daha deməyə söz tapmayıb müdrikləri azad edib zəngin hədiyyələrlə yola salır.

10. Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhvali-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
- Bunun harası pisdir. Demək, onlar qabaqcadan qələbə qazanmaq əhvali-ruhiyyəsindədirlər.

11. İsgəndər - Makedoniya çarı II Filippin yetim qız olan Olimpiadadan yeganə oğlu idi. Yunanca onun adı Aleksandrdır. Sonra ərəblər onun adını öz dillərinə uyğun şəklə salıb İsgəndər kimi yazdılar. Rəvayətə görə, anasının toy gecəsi bir neçə əlamət və təbiət hadisəsi ilə müşayiət olunmuşdu. Onlardan biri - Olimpiada yuxuda görmüşdü ki, göy guruldadı və ildırım onun bətnini vurdu. Bu, İsgəndərin ruhi əzəmətini və fövqəlbəşər təbiətini hələ uşaqlıqdan məlum edirdi.
Yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: "Atam dünyanı aldı, mənə heç nə qalmadı."

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz