» » Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)

Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)


1- Çörçil nitq söylədiyi zaman  müxalif partiyadan bir qadın millət vəkili Çörçilə əsəbi halda belə deyir:

- Əgər  mən arvadınız olsaydım, qəhvənizin içinə zəhər qatardım.

Çörçil olduqca sakit vəziyyətdə qadına tərəf üzünü çevirib deyir:

- Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni sevə-sevə içərdim.


2.Çörçilin həyat tərzinin qəribə özünəməxsuzluqları olub. Onun çox populyar olan  həyat devizi bu günə qədər də ingilislərin yaddaşından silinməyib: "Gündə 5-6 siqar, 3-4 stəkan viski və heç bir idman hərəkətləri.” O, siqarası, şlyapası, salamlaşanda əli ilə "V” işarəsinin (bu qələbə deməkdir) göstərməsi ilə fərqlənib, sevilib, qəbul olunub.  


3. Sokrat və həyat yoldaşı hər zaman  dalaşırlarmış. Bir gün həyat yoldaşı Sokrata ağızına gələni deyir. Amma  görür ki,   bu dəfə də  əri heç bir reaksiya vermir.Hirslənib bu dəfə  bir vedrə suyu götürüb başına boşaldır.

Sokrat çox sakit şəkildə:

- Göydəki bu qədər gurultudan sonra bu yağışı onsuz da gözləyirdim – deyir.


4.  Bir gün Əflatun tələbələrindən birini qumar oynayarkən tutur və şiddətlə danlayır.

 Tələbəsi:

- "Yaxşı, amma mən çox az pula oynayırdım” deyə etirazını bildirincə,  Əflatun cavab verir:

- "Mən səni itirdiyin pul üçün deyil, itirdiyin zaman üçün danlayıram.”

 

5. Məşhur bir filosofdan soruşurlar:

- Sərvət ayaqlarınızın altında olduğu halda niyə bu qədər kasıbsınız?

- Ona çatmaq üçün əyilmək lazımdı, ona görə – deyir.

 

6. Qulaqlarının böyüklüyü ilə məşhur Qalileyə rəqiblərindən biri:

- Cənab, qulaqlarınız bir insan üçün bir az böyük deyilmi?

Qaliley:

-Düzdür – deyir – Mənim qulaqlarım bir insan üçün bir az böyükdür, amma səninkilər bir eşşək üçün çox kiçik sayılmırmı?

 

7. Yavuz Sultan Səlim bir çox Osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlayardı. Bir səfər hazırlığında vəzirlərindən biri israrla səfərin ediləcəyi ölkəni soruşduqda, Yavuz ona:

- Sən sirr saxlamağı bacararsan? deyə soruşur.

Vəzir:

- Bəli hünkarım, bacararam – dedikdə, Yavuz belə cavab verir:

- Yaxşı, mən də bacarıram.

 

8. Eynşteyn bir maşına minib harasa növbəti məruzəsini deməyə gedirmiş. Sürücü arxaya dönüb deyir ki, mən sizin məruzələrinizə o qədər qulaq asmışam ki, hamısını əzbər bilirəm. Bu zaman Eynşteyn deyir ki, gəl geyimlərimizi dəyişək, mənim yerimə orda sən çıxış elə, mən də arxada oturub qulaq asaram. Onsuz da getdiyim yerdə məni heç kim tanımır. Bunlar razılaşır. Sürücü çıxır tribunaya, çox gözəl də çıxış edir. Birdən bir nəfər yerdən qalxıb sürücünün bilmədiyi, çox çətin bir sual verir. Sürücü isə özünü itirmədən deyir:

– Bu çooox sadə bir sualdı. Bunu hətta mənim arxada oturan sürücüm də bilir. İnanmırsız, çağırım, o cavablandırsın.

 

9. Alfred Nobelin səhvən qəzetlərdə ölüm xəbəri yayilir. Özü haqqinda "Milyoner qan içində","Partlayici taciri ölüm ayağinda,"Dinamit kralı" yazılmış yazıları oxuyanda pis olur. Tarixdə dinamiti kəşf etməklə qəddar şəxs kimi qalmaq istəmədiyindən 1889 -cu ildə keçirilmiş Beynəlxalq  Sülh konqresinə qoşulur.

1896-ci ildə İtaliyada San-Remodaki villasinda vəfat edir.

 

10. 1859-cu ildə əsir düşən Şamili çar Nikolay süfrəsinin başinda oturtmuş  . Nikolay Şamilə: "Sizi süfrəmin qonağı etməklə böyük bir şərəf duyuram"-demişdir.

 Şamil də cavabinda: "Mən də sizi süfrəmin başinda qonaq etsəydim, böyük şərəf duyardim"- demişdir.

Çar ona müraciətində "böyük adam", "böyük insan" deyərək,ona olan heyranliğini gizlətməmişdir.

11. Bir müddət Şamil Kaluqada əsir kimi yaşamş. Sonra Mədinəyə getmək üçün çardan icazə almşşdı. Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhalisindən böyük məhəbbət görmüşdür. Həmçinin dövlət məmurları ona olan hörmətlərini gizlətməmişdilər.

Şamil İstanbulda az qaldiqdan sonra Mədinəyə getmiş və 1871 -ci ildə orda vəfat etmişdir.

 

Mənbə: İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz