» » Xətalardan doğru nəticə çıxarmaq

Xətalardan doğru nəticə çıxarmaq

Xətalardan doğru nəticə çıxarmaq
Amerika yazıçısı Antoni Robbinsin "Hədsiz güc” adlı kitabından təqdim edilən maraqlı bir epizodu işçi və iş dəyərləndirilməsi üçün olduqca təsirli və əhəmiyyətli bir addım hesab edirəm. Müəllifin əsərdə müvəffəqiyyətsizlik və xətalarla bağlı gəldiyi qənaətlər istər biznes fəaliyyətində müvəffəqiyyətə doğru ilk addımlarını atan, istərsə də artıq öz mükəmməl biznesini qurmuş şəxslərin, eləcə də şirkətlərin karyera planlaşması üçün müsbət nümunə ola bilər.
Antoni Robbins xətalardan doğru nəticə çıxarmağı adi əməkdaş üçün də, şürkət sahibi üçün də vacib hesab edir. Məsələn, Amerikada İBM-in yaradıcılarından olan Tom Uotsonun məsul əməkdaşlarından birinin xətası üzündən şirkətə 10 milyon dollarla hesablana bilən ziyan dəyir. Əməkdaş Uotsonun yanına çağırılır. Narahatçılıq və təşvişlə içəri daxil olan əmakdaş deyr ki, bilirəm, məni çağırmısınız ki, könüllü istefa ərizəmi yazım.

Onda Uotson da cavab verir ki, biz 10 milyon dollar sənin təhsilin üçün xərclədik.
Bu, o anlama gəlir ki, əməkdaşın həmin xətanın başvermə səbəblərini, mahiyyəti və özünün bu xətadakı rolunu dərk edib nəticə çıxarması özü ciddi və gərgin bir istehsalat təcrübəsidir: nəzəri biliklərin təcrübə ilə təsdiqidir. Müəssisə həmin istehsalat təcrübəsi və əməkdaşlarının əyani biliklərə yiyələnməsi üçün 10 milyon dollar sərf edib. Yaxşı bir mütəxəssisə, qabaqcıl şirkətə sahib olmaq üçün sərf olunan sərmayə isə zərər hesab edilə bilməz.
Bir xətadan doğru dərs almağı bacarmaq, ondan nəticə çıxarmaq mümkünsə, uğura yenə qovyşmaq mümkündür və bundan sonrakı inkişafda addımlar daha sərrast, ölçülüb-biçilmiş olacaqdır.

Xətalardan doğru nəticə çıxarmaq

 

Mənbə: "Müvəffəqiyyətə gedən yol"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz