» » Durnalar köç edərkən nə üçün 'V' şəklində uçurlar

Durnalar köç edərkən nə üçün 'V' şəklində uçurlar

Durnalar köç edərkən nə üçün  'V' şəklində uçurlar

Yaz və qış dövrlərində fərqli mərkəzlərdə yaşayan köçəri quşların həyatı, hərəkət istiqamətləri elmi dünyanın diqqətini  hər zaman məşğul etmişdir.  

 Bu yazı köçəri quşların "V”  şəklində uçması sualına elmi şəkildə   cavab verilməsi məqsədini daşıyır.

Məlumdur ki,  köçəri quşlar payızda isti ölkələrə, yayda öz vətənlərinə dönüşlləri zamanı, ümumiyyətlə,  "V” şəklində uçur.  Müəyyən edilmişdir ki, quşlar  bu zaman  enerji istehlakını azaldır,  daha az enerji istehlak edir. Belə səyahət zamanı onlar həm də  asanlıqla ünsiyyət qura bilir  və harmoniya təmin edir.

Quşlar ön tərəfdəki quşun yanında və arxasında bir az uçduqda, ön tərəfdəki quş qanadları tərəfindən yaradılan yuxarıya doğru hava axınından da faydalana bilirlər.

Əslində, bir çox elm adamı, köçəri quşların eyni səbəbdən müəyyən yollarla uçduğunu düşünür, çünki təyyarə donanması "V”  şəklində uçarkən yanacağa qənaət etməsi artıq qəbul edilmişdir. Ancaq uçan hərəkətləri olan quşların yaratdığı daha dəyişkən cərəyan və qanadları olmayan təyyarələrin yaratdığı müntəzəm cərəyanların təyyarələrə və quşlara eyni şəkildə təsir etməsi   bəzi suallara da səbəb olmuşdur. Bir təbiət jurnalında dərc olunan araşdırma zamanı, "V" şəklində uçan quşların aerodinamik baxımdan optimal bir şəkildə uçduğunu ortaya qoymuşdur. Tədqiqatı aparan tədqiqatçılar, quşların uçuş zamanı sürüdəki ən yaxın quşun hərəkətinə uyğun olaraq qanad hərəkətlərini nizamlayarkən  hava axınından ən səmərəli formada istifadə etdiyini göstərmişdir. "V" uçuşu zamanı quşların qanad hərəkətlərinin bir-birinə uyğun olur . Yuxarı hava axınının ən yüksək səviyyəyə qaldırması üçün bir quşun digərinin arxasında uçduğu zaman qanad hərəkətləri arasındakı harmoniyanın aradan qaldırıldığı və aşağı hava axınının təsirinin minimuma endirildiyi də aydın olmuşdur.


Qeyd: Türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz