» » Hindistanda koronavirusla bağlı karantin rejimini pozanları belə cəzalandırırlar

Hindistanda koronavirusla bağlı karantin rejimini pozanları belə cəzalandırırlar

Müəllif: Anaveusaq.az от 5-07-2020, 23:52

 

Çindən  başlayan yeni növ corona virusu (Covid-19) artıq dünyada 3 milyondan çox insana yoluxub,  200 mindən çox insanın ölümünə səbəb olub.  Buna görə də  ölkələr   bir çox  ehtiyat tədbirləri tətbiq edilməkdədir.

Hindistanda  komendant saatı pozanları cəzalandırmaq üçün qəribə  bir üsula əl atıblar.   

Komendant saatını pozanları  içərisində yalançı korona virus xəstəsi olan ambulansa yerləşdirirlr.  Süjetdən göründüyü kimi, qaydanı pozan  üç nəfəri zorla

təcili yardım maşınına mindirmək üçün polislər nə qədər  cəhd etməli olurlar. Maşına güc-bəla yerləşdirilmiş  şəxslər özlərini   maşının dar pəncərəsindən   necə bayıra atırlar.

 Təbii ki, bu şəkildə mübarizə tədbiri olmaz.   Amma  süjet məsələnin  mahiyyətini  şüurlu olaraq  düşünüb daşınmaq üçün  insanlara təsir edə bilər.

Qədimdə  loğmanlar xəstəyə deyirlərmiş ki, biz üç nəfərik: xəstəlik, sən, mən.Əgər sən mənimlə birləşsən  biz birləşib xəstəliyə tez bir zamanda qalib gələcəyik.Əgər xəstəlik tərəfə meyilli olsan, onda sən də təslim olacaqsan, mən də.

İndi   dövlətin  apardığı mübarizə tədbirlərinə  hər kəs şüurlu münasibət bəsləməlidir, öz sağlamlığına şüurlu münasibət bəsləməlidir. Əgər insanlar  bu  tədbirləri dəstəkləsə,  dövlətlə birlik nümayiş etdirsə,  fəlakətlər ən azından  minimum  həddə olar.

Hər birinizə sağlamlıq arzusu ilə…

 

Hindistanda  koronavirusla bağlı karantin rejimini pozanları belə cəzalandırırlar

 

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olnur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz