» » Xeyriyyə dərnəyi ehtiyacı olan insanlara belə yardım edir

Xeyriyyə dərnəyi ehtiyacı olan insanlara belə yardım edir

Xeyriyyə dərnəyi   ehtiyacı olan insanlara  belə yardım edir

Afrikada fəaliyyət göstərən bir xeyriyyə dərnəyi Nigeriyada, Burkina Fasoda yoxsul ailələrə süd keçilərini paylamaqla onların aclıq təhlükəsini qabaqlamışdır. Bu dərnək uzun illərdir davamlı layihələri ilə xeyriyyə tədbirləri keçirir. Suzsuzluqdan, aclıqdan, quraqlıqdan və s. təbii və ya texnogen vəziyyətlərdə köməksiz qalan insanlara yardım etməklə dəstək olurlar.
Bu məqsədlə onlar həddindən artıq yoxsul ailələrin hər birinə 3 sağılan keçi verirlər. Bu keçilərin qiyməti isə 400 türk lirəsidir.
Keçilər ac-yalavac insanların yemək ehtiyaclarını qarşılayır,onları həyata bağlayır.
Afrikadakı davamlı məşğulluq sahəsi olan heyvandarlığın inkişafına töhfə vermək istəyən donorlar da tapılır. Bu cür donorlarla kampaniyada iştirak edən təşkilatçılar həmin ölkələrdəki ehtiyacla üz-üzə qalan insanların təminatına kömək edirlər.

Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz