» » Mən səni araram

Mən səni araram

 
 
 
Mən səni arararam 
 
 Söz: Tələt Əyyubov
Musiqi: Fikrət Əmirov 
İfa: Gülağa Məmmədov

Hər gecə səni, yar, səslərəm,
Yolunu sübhədək gözlərəm.
Bəs hanı, hanı, yar,  o sevda?
Gör nələr, nələr var başımda...

Göz yaşım sel olar, ah sənsiz,
Bülbüləm, neylərəm  çəmənsiz?
Mən səni araram , araram,
Gül-çiçək sanaram, sanaram...

Bir günəş nuru var üzündə,
Gözlərim hər zaman gözündə.
Eşq odu məni, yar, yandırar,
Gəl, gülüm, yamandır intizar.

Mən səni  araram

 

Mən səni  araram

 

Mən səni  araram

 

Mən səni  araram

 

Mən səni  araram

 

 Mən səni  araram

  

 

 Mən sənin yanına gəlirdim
 

Söz: Əliağa Kürçaylı
Musiqi: Elza İbrahimova
İfa: Şövkət Ələkbərova

 

Mən sənin yanına qışda gəlirdim,
Çiçək axtarırdım, gəzdim hər yanı.
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb, bir dibçəkdən axır ki, dərdim.

Nəqarət:


Sonra söylədim ki, bahrda sənə,
Bir dəstə bağlaram yaz güllərindən.
Budur, yola salıb, qarlı qışı mən,
Sənin görüşünə gəlmişəm yenə.
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə.

 
Dəstə bağlamağım nəyə gərəkdir?
Bax, odur, nərgizlə doludur ləklər.
Lalənin ətrini yayır küləklər,
Yasəmən, qızılgül ləçək-ləçəkdir.

Nəqarət:


Əzizim, onları qoparmaq olmaz,
Güllərə çöldə bax, dağ döşündə bax.
Onlardan mən soraq gətirdim ancaq,
Bir əlimdə bahar, bir əlimdə yaz.
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz.



Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz