» » Tarixdəki ilk karantin harada tətbiq olunub?

Tarixdəki ilk karantin harada tətbiq olunub?

Müəllif: Vüsal от 14-03-2020, 12:00

Son günlərdə koronavirüs təhlükəsi ilə bağlı tez-tez eşitdiyimiz sözlərdən biri də "karantin” sözüdür. Tarixdə dəfəlrlə tətbiq olunan karantin ilk dəfə harada tətbiq edilib?
Karantin yoluxucu xəstəliyə məruz qalan şübhəli vəziyyətdəki insan və heyvanların ciddi tədbirlər həyata keçirməklə bir müddət başqaları ilə təmasının qarşısını almaq üçün səhiyyə izolyasiya sıdeməkdir. Bu zaman bütün növ fəaliyyətlər ya tam dayandırılır və ya hansısa fəaliyyətlərə xüsusi razılıqla icazə verilir.
Sözün mənşəyi italyancadır.
 

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

"Karantin” adı haradan gəlib?

İqtisadiyyatı ticarətə əsaslanan Venesiyada paytaxt şəhərin yoluxucu xəstəliklərə yoluxmaması üçün şəhərə gələn gəmilər 40 gün açıq dənizdə gözləyirmiş. Karantin sözü buradan gəlir. "Cuaranta”, yəni "qırx” sözünün +in şəkilçisi ilə əmələ gəlmişdir.

İlk dəfə hansı xəstəliyə tətbiq olundu?

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

Yunan həkim Hippokrat ilə antik Romanın ən önəmli həkimlərindən Perqamlı Qalen vəba kimi xəstəliklərə qarşı ən əhəmiyyətli tədbir kimi, vəziyyəti karantinə almağı irəli sürmüşdü. görmüşdü. Həmçinin, 1300 –cü illərdə "qara taun” Asiyaya, Avropanın və Afrikanın bəzi ərazilərinə yayılarkən tibbin tətbiq etdiyi zəruri addımlar olub.
 
Adı qoyulmamışdı

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

"Karantin” adı o illərdə indiki şəkildə tələffüz edilmirdi. Çünki o dövrün tibb elmi tam olaraq inkişaf etməmişdi. Görülən tədbirlər yalnız tövsiyə xarakterli idi.

Vəba yayılır

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

Avropa tarixinin qara illərindən biri də 14-cü əsrin ortalarında baş vermişdir. Qitə miqyasında yayılan vəba kütləvi ölümlərlə tüğyan edirdi. Epidemiya nəticəsində Avropa əhalisinin 3-də 1-i məhv oldu.
1374-cü ildə Milan lordu Barnabas Visconti vəbalı hər kəsin şəhərdən çıxarılıb uzaq yerlərəı, məsələn, kəndlərə yerə aparılmasını, orada yaxşılaşmasının və ya ölməsinin gözləməsini əmr etmişdi.

Qanun çıxardılar

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

1377-ci ildə Ali Şura "Terentino" nizamlamasının tətbiqi üçün bir qanun çıxardı. Bu qanuna görə, vəbadan əziyyət çəkən kimsə digər bir bölgədən gəlirsə, şəhərə girmək üçün 30 gün ərzində şəhərdən uzaq bir yerdə dayanacaq, xəstəlik olmadığı təqdirdə şəhərə girəcəkdi.

Epidemiya Venesiyada

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

Bu qanun illər boyu Avropanın müxtəlif yerlərində tətbiq edidi. 1423-ci ildə vəba epidemiyası Venesiya qapılarına söykənmişdi, görülən tədbirlər artıq işə yaramırdı. Venesiya zərurətdən həyata keçirilən bütün tədbirləri bir üst pilləyə qaldırdı. Venesiyalılar buna "Lazaretto Vecchio” adı verdikləri kiçik bir adada tarixdəki ilk təcrid edilmiş xəstəxana qurdular.

Vəba əlaməti varsa

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 


Venesiyada ticarət çox gərizdihamlı olurdu . Bu səbəbdən vəba epidemiyasının yayılma təhlükəsi hər an mövcud idi. Bu səbəbdən kimdəsə vəba əlaməti vardısa, dərhal şəhərdən uzaqlaşdırır -"Lazaretto Vecchio” adasına aparılırdı. Bu ada tam bir "ölüm adasına” çevirmişdi, burada aparılan qazıntılarda zamanı aşkar edilən sümüklər bunu sübut edir.

"Karantin” gəldi

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

1468-ci ildən etibarən Venesiya rəsmiləri şəhərə gələn bütün gəmilərin 6,5 km uzaqdakı başqa bir adada 40 gün saxlanılmasına dair əmri verdi. Bu, indiki "karantin”in ilk tətbiqi idi.
Beləliklə, karantin ortaya çıxmış oldu. Təcridetmə prosesi müddətinin 30 gündən 40 günə qaldırıldığı üçün "Terentino” adı "Quarantino” adı ilə dəyişmiş oldu (İtalyan dilində "quaranta” (40) sözü anlamınını ifadə edir).

Nə üçün 40 gün?

Tarixdəki ilk karantin harada tətbiq olunub?

 

Karantin müddətinin nədən 40 gün olması da maraq kəsb edən məsələdir. Fəqət, hələki vahid bir fikir yoxdur.
Bəziləri bunun Tövrat və İncildə işlənilən 40 sayına əsaslandığını qeyd edir, bəziləri Pifaqor nəzəriyyəsi ilə də əlaqəli olduğunu deyir, Şərq xalqlarının folklorunda da 40 rəqəmi var.

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz