» » Novruz bayramı ilə bağlı maraqlı məlumatlar

Novruz bayramı ilə bağlı maraqlı məlumatlar

Müəllif: Anaveusaq.az от 3-03-2020, 10:04
Novruz  bayramı ilə bağlı maraqlı məlumatlar

1. Novruzda bayram süfrəsində ilin fəsilləri hansı simvollarla təmsil olunur? (yumurta boyadılması (hər fəsilə uyğun yumurta bəzədilirdi. Ağ -qış, Mavi -bahar, sarı -yay, qırmızı -payız), həmçinin "Səməni" (göyərti) -yaz, Alov (şam) -yay, Metal (qızıl) -payız, Su -qış.
2. Novruzdan qabaq 4 çərşənbə nəyə həsr olunub? (su, od, torpaq, hava-külək)
3. İran ənənəsinə görə Novruz süfrəsində nə olmalıdır? ("sib" – alma; "səbzə" – "sirkə"; "senced" – yabanı zeytun; "sikkə" –dəmir pul, "sir" – sarımsaq; "samanu" – xüsusi hazırlanmış yemək. Bəzən sirkə əvəzinə sumax qoyulur)
4. Bayramdan qabaq, sonuncu çərşənbə axşamı neçə ədəd şam yandırılır? (Ailə üzvlərinin sayı qədər)
5. Keçmişdə Novruz bayramının adı necə idi? (Turan)
6. Novruz süfrəsində qızıl üzükdən necə istifadə olunur? (Bayram süfrəsi üçün bütöv balıq bişirir -"Novruz balığı" -bəzi rayonlarda bu ənənə hələ də qalır. Balığın ağzına qızıl üzük qoyurdular, bu da var-dövlət və firivan həyat rəmzi idi)
7. Keçmişdə bayram qurtarandan sonra Səmənini neyləyirdilər? (çaya atardılar ki, axar su onu düzənliyə aparıb çıxarsın və toxumlar sovrulsun, bu isə rəmzi olaraq insanlara var-dözlət gətirsin)
8. Ənənəyə görə Novruzda evdə hansı bitki olmamalıdır? (Nərgizgülü)

Qədim inanclara görə İranda Novruz süfrəsində əlahəzrət "S” hərfi ilə başlayan 7 nemət qoyardılar: ("sib" – alma; "səbzə" – "sirkə"; "senced" – yabanı zeytun; "sikkə" –dəmir pul, "sir" – sarımsaq; "samanu" – xüsusi hazırlanmış yemək. Bəzən sirkə əvəzinə sumax qoyulur). Müsəlman xalqlarında bu fərqli şəkildə olsa da, mahiyyətcə eynidir... Sənin adın da "S” hərfi ilə başlayır, səmənim...Mən də bu nemətlərin içindən
tək səni seçdim...
Novruz  bayramı ilə bağlı maraqlı məlumatlar

Mənbə: İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz