» » Hər zaman üçün ibrət olmağa dəyər əxlaq

Hər zaman üçün ibrət olmağa dəyər əxlaq

Müəllif: Anaveusaq.az от 3-03-2020, 00:30
(Hekayət)Hər zaman  üçün  ibrət olmağa dəyər əxlaqRey şəhərində bir qadın vəkili ilə qazi Musə ibn İshaqın divanına daxil olur. Onun vəkili idia edir ki, əri bu qadını boşamaq qərarına gəldiyi üçün mehr olaraq ona 500 dinar verməyə müvəkkildir, amma, o, bundan imtina edir.
Qazi qadının vəkilinə deyir :
- Şahidləriniz varmı ?
Deyir:
- Gətirmişik.
Şahidlər şəhadətlik etdikləri iş barədə əmin olmaları və buna görə də qadına işarə etmələri üçün ona baxmaları zərurəti yaranırdı. Qazi şahidlərdən birincisinə - qadına üz tutub deyir:
- Qalx !
Qadının əri soruşur :
- Nə edəcəksiniz ?
Qadının vəkili:
- Bu, divani-şəriətin qaydasıdır ki, yoldaşın üzündən niqabını götürmüş vəziyyətdə şahidlərin, həqiqətən, qadını tanıdıqları öz təsdiqini tapsın.
Qadının əri deyir:
- Ey qazi , mən şahidlik edirəm ki, qadının iddia etdiyi o mehr mənim boynumdadır, təki onun üzündəki niqab açılmasın.
Qadın isə deyir:
- Ey qazi, mən də şahidlik edirəm ki, onun mənə verəcəyi o mehri ona bağışlayıram. Həmçinin ona bu dünya və axirətdə olan bütün haqqımdan keçirəm.
Bunu eşidən qazi deyir:
- Onların qeyrətinə təəcüb etdim. Bunu tərifəlayiq uca əxlaqdan yazın.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz