» » Səni belə görmək üçün 65 il yol gəldim

Səni belə görmək üçün 65 il yol gəldim

 

Səni belə görmək üçün 65 il yol gəldim

 

Nəvə oğul və ya qız övladının böyüyüb ərsəyə çatandan sonra verilən ümumi addır. Bu, xəyalda arzulanan, əl uzanılan bir Allah payıdır.
Qədimdə nəvəyə "canımın canı” da deyirmişlər. Mən "Canımın içi” də deyirəm. Ataları uşaq olanda belə şeylərin fərqində olmamışamsa da, indi fərqindəyəm. Nəvə bir xariqə…
Mənim bir dostum var: həyat adamıdır, odun-alovun içindən keçib gəlib. Həm də söz-sənət adamıdır… Bir sözün izahlı lüğətlərdə 12 müxtəlif mənası verilibsə, bu dostum 13-cüsünü, 14-cünü də tapsın, əsaslandırıb desin. Amma "Nəvə” sözünün yaratdığı mənaların çalarlarını mənim bildiyimin 50 faizini də bilmir. Qınamıram. Axı görməyib. Sinəsini tankın qabağına dirəyib bu ağırlıqda texnikanın hərəkətini dayandıran bir adamın köksünə 3-4 kq bir cocuq nə təsir edə bilər ki?!
Sözün, mənanın yaratdığı nəvə anlamını demirəm ha… Qanından, canından nəşvünüma tapıb, xəlq edilmiş bir varlıq, təsir …
"Nəvə" sözü, əlbəttə, "maqnit" sözünün sinonimi deyil. Amma maqnitdən də güclü cazibəsi var. Maqnit dəmiri cəlb edir, nəvə bir ailənin ruhunu, canını, qanını. Tutaq ki, nəvən "A" məntəqəsindədir, sən də hər gün müxtəlif səbəblərdən "B" məntəqəsinə, "D" məntəqəsinə, nə bilim hansısa "N" məntəqəsinə gedəcəksən. Evdən çıxıb gedirsən, elə bil ki, ayağının biri "A" məntəqəsində qalır, sən təkayaqla gedirsən: ağrılı, cansıxıcı. Sonra geriyə qayıdanda yolu da, zamanı da kəsməyə, qısaltmağa çan atırsan…
Nənələrini sevəndə nəvə ağıla gəlmir, heç bu haqda düşünmürsən… Amma gerçəkdə nəvələrin olanda, bax, sənin sevgin yalnız bu zaman məlum olur: bir qızın, onun ailəsinin xoşuna gələ bilmək üçün etdiyin canfəşanlıqlar, daha nələr öz təsdiqini birlikdə yaşadığınız xoşbəxt ailənin təcəssümündə tapmış olur. Əslində, nəvələrin birinci xoşbəxtliyi də budur ki, onlar həyatını sağlam və xoşbəxt ailədə yaşasın, atalı-analı, babalı-nənəli böyüsünlər.
Çox qəribə hisslərdir:yaşa dolduqca adam nəvəyə daha çox bağlanır. Bircə gün görməsəm, öpməsəm, iyləməsəm, üzümü-gözümü yaxasına sürtməsəm, əlini ovcuma almasam, elə bilirəm ki, orqanizmimi təşkil edən elementlər, hisslər çoxusu uçub gedib: ağzımın dadı qaçır, gözümün işığı öləziyir, havam çatışmır…Elə ki, əyilib öpürəm, əlini tutub gəzirəm sanki o çıxıb getmiş, uçub getmiş nələr bir-bir sağdan-soldan bədənimə daxil olur, tamlanıram, rahatlanıram. Bütün babalar eynən belədir…
Onda "Canımızın içi” deməyimiz tam doğru deyilmi? Bütün məhəbbətlər mötəbərdir, amma nəvə məhəbbəti bunların hamısının fövqündədir…
Həyatda çox qəribə qanunauyğunluq var, Allahımıza qurban, ömrünün sonuna kimi səni bu məhəbbətdən məhrum etmir…Yoxsa, qocalar da qarşımıza adda-budda çıxardı…
Nəvəm Akifin doğum günüdür bu gün, 6 yaşı tamam olur. Evimizdə də bayramdır, könül mülkümüzdə də… Onu belə görmək üçün 65 il yol  gəldim...
 
Səni belə görmək üçün 65 il yol gəldim

Allahımız hər kəsə qismət etsin.
Dünyamızda əmin-amanlıq olsun.
Allah balalarımızı, nəvələrimizi naqisliklərdən uzaq etsin...

Səni belə görmək üçün 65 il yol gəldim

 

Səni belə görmək üçün 65 il yol gəldim

 

Səni belə görmək üçün 65 il yol gəldim

 

 

 

Səni belə görmək üçün 65 il yol gəldim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz