» » Qadınlar haqqında deyilmiş məşhur fikirlər

Qadınlar haqqında deyilmiş məşhur fikirlər

Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər

1. Qadınlar zəifdir amma analar qüvvətlidir.
(V. Hüqo)
2. Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.
( Konfutsi)
3. Pis qızdan yaxşı qadın olmaz.
(B. Franklin)
4. Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.
( V. Belinski)
5. Çiçək ətir vermək, ocaq isitmək, qadın da xoşbəxt etmək üçün yaradılmışdır.
(G. Qardon )
Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər

6.Qadın – dünyanın ən güclü və mükəmməl varlığıdır ki, Allah kimi o, da kişini istədiyi istiqamətə yönləndirə bilir. 
( H. İbsen)

7. Qadınlar ərlərinə özlərini qənaətcil göstərməkdən çox xoşları gəlir, ən israfçı olanlar belə.
(F. Xerser)
8. Qadın yalnız gözlə seçilməz. Onu gözündən çox, qulağınla seç.
(T. Fuller)
9. Havanı gəldiyi kimi, küləyi əsdiyi kimi, qadını olduğu kimi qəbul edin.
(Alfred de Musset)
10. Qadın kitaba bənzəyir,onu sevərək və diqqətlə oxumaq lazımdır.
                                                                                                                                                                                       (E.Krepelin)

Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər
11. Əlbəttə, səfil olarsa qadın, alçalar bəşər.
(T. Fikrət)
12. Qadınlar güllər kimidir, bir dəfə açıldılarmı, yarpaqları dərhal tökülməyə başlayır.
(Şekspir)
13. Qadınlar, kişilərdən daha çox hikmət sahibidirlər, daha az bilər, daha çox anlarlar.
(J. Düma)
14. Qadın kölgə kimidir, təqib edərsənsə səndən qaçar, sən qaçarsansa arxandan gələr.
(S.Şamfor)
15. Qadınlar bizi sevdikləri zaman hər günahımızı bağışlayarlar.
(Balzak)
Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər

16. Evli xanımlar gənc ərlərinin sevgililəri, orta yaşlı kişilərin həyat yoldaşları, yaşlı kişilərin isə xəstə baxıcılarıdır.
(F. Bekon)

17. Qadınların ən yanıldıqları nöqtə, kişilərə bənzəmək istəmələridir.
(De Maistre)
18. Qadınlar kişilərə bərabər olmaq üçün işləyərlər, bunu etdilərmı, o andan sonra kişidən üstün olurlar.
(Cato)
19. Budur qadın! Nə olardı əllərinə düşmədən qollarına düşə bilsəydik.
(A. Bircə)
20. Bir qadının sevgilisinə söylədikləri, küləklərin və sürətlə axan suların üzərinə yazılmalıdır. (Catuli)

Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər

21. Necə ər istəyirsən-kasıb,yoxsa varlı?Kasıba ərə gedəcəksən-ərindən başqa heç nəyin olmayacaq.Varlıya ərə gedəcəksən-ərindən başqa hər şeyin olacaq.
(K. Melaxin)
22. Qadın çox şey istəyir, amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. 
( K. Melaxin)
23. Qadınların ən yaxşısı ərini xoşbəxt edən qadındır.
( T.Navarro)
24. Bir ər-arvadın mübahisə etdiyini görsəniz, qadını müdafiə edərsiniz, çünki ərin müdafiəyə ehtiyacı yoxdur, o hər zaman haqlıdır.
(F. Valker)
25. Bir kişini tərbiyə etsəniz, bir insanı tərbiyə etmiş olarsınız. Bir qadını tərbiyə etsəniz, bir ailəni tərbiyə etmiş olarsınız.
(F. Xerst)

Qadınlar  haqqında deyilmiş  məşhur fikirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz