» » Dövlət, rəhbər və dövlətçilik haqqında sitatlar

Dövlət, rəhbər və dövlətçilik haqqında sitatlar

Müəllif: Vüsal от 16-02-2020, 00:30
 

Dövlət, rəhbər və dövlətçilik haqqında  sitatlar

 

Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.
Heydər Əliyev
***
Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.
Heydər Əliyev
***
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Heydər Əliyev
***
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Heydər Əliyev
***
Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur.
Antisfen
***
Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.
Mustafa Kamal Atatürk
***
Hər xalq öz aqibətinə layiqdir.
Şarl Lui Monteskyö
***
Hər xalq öz hökmdarına layiqdir.
Georq Vilhelm Fridrix Hegel
***
Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan.
Sədi Şirazi
***
Millət yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksəlirkən əsl böyük millət olur.
Əbu Turxan
***
Nə qədər ki, siyasət mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq.
M.A.Bulqakov
***
Ən böyük dövlətlər gənclər tərəfindən dağıdıldı, böyüklər tərəfindən xilas edildi və inkişaf etdirildi.
Siseron
***
Dövlət o qədər təmiz bir gəlindir ki, iki adamın arvadı ola bilməz. Bir dağın yeganə qartalı olur. Dünyanı xilas edəcək insan, istər padşah, istərsə də peyğəmbər, həmişə tək bir qəhrəmandır.
Əhməd Ümid
***
Hökmdarların yaxşı və ya pis, qəhrəman və ya qəddar olmasından asılı olmayaraq, öz millətlərinin əksidir. Bunlar milli ruhun nüsxələridir. Onlar insanlar kütləsindən doğulmuşlar. Dövlət adamları da eynilə bir millət kimi. "Hər xalqın layiq olduğu qədər də idarə və dövlət xadimləri var" deyilməsinin səbəbi budur.
Qriqori Petrov
***
Dövlət fantaziyadan başqa bir şey deyil, çünki yer heç bir dövlətə bölünmür. Dünyanı xəritədə bölmək siyasətçilərin hiyləgərliyidir. Xəritələrdə çəkilən xətlər üçün özünüzü qurban verin.
Oşo, hind dini xadimi və mistik
***
Türklər elə bir millətdir ki, bir nəfər sağ qalsa belə, o,dövlətini qurub, onun qisasını alacaqdır.
Adolf Hitler
***
Xalq öz hökumətindən qorxduğu zaman zülm; hökumət öz xalqından qorxduğu zaman azadlıq var.
Tomas Cefferson
***
Ölkəni pis qanunlarla idarə etmək mümkündür, lakin ölkəni nizam-intizamsız məmurlarla idarə etmək mümkün deyil.
Almaniya imperiyasının kansleri
Otto Fon Bismark
***
Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
Aristotel
Qurdların içində ceyran məsumiyyəti ilə ömür sürülməz.
Hüseyn Rəhmi
 

Dövlət, rəhbər və dövlətçilik haqqında  sitatlar

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz