» » Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?

Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?

Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
Vücudumuzun yerlə təmas edən son nöqtəsi - bütün yükümüzü daşıyan ayaq üçün rahat və təhlükəsiz ayaqqabı seçimi lazımdır. Ölçülərindən, burun darlığından genişliyinə qədər ayaqqabı alarkən hər detala diqqət etmək lazımdır.
İlk qayda ayaqqabı nömrəsinin ayaq ilə uyğun olmasıdır. Bəzi xanımlar ayaqları kiçik görünsün deyə, dar ayaqqabıları üstünlük verirlər ki, bu vəziyyət ayaqların quruluşunu pozaraq gələcəkdə problemlərə yol açır. Xüsusilə, barmaqlarda və ayağın arxa hissəsində sümük çıxıntılarına səbəb ola bilər. Şəkər xəstələrində daha ciddi problemlər yarada bilər.
Kişilər üçün ən mühüm məsələ ayaqqabının keyfiyyətli dəridən düzəldilmiş şəkillərini seçim etmələrini təklif edərik. Uzun müddət ayaqda qalan ayaqqabının xariclə hava təmasını təmin etməsi tərləməyə qarşı çox əhəmiyyətlidir. Son illər dəb olması və rahatlığından görə qadınlar bunları çox üstünlük verməyə başlayıb. Bəs, heç dabanı olmayan ayaqqabılar(babet) saölamlıq baxımından necədir? Bildiyiniz kimi, babetlər yumşaq, hamar, yüngül materialdan düzəldilmiş ayaqqabıdır. Ortopedik baxımdan, babetlər də hündür dabanlı ayaqqabılar qədər zərərli ola bilər. Bunlar, hündür dabanların əksinə, ayağa düşən yükü dabana çökdürərək burada yüklənməyə və son nəticədə ayaqlrın qarşı tərəfində yerləşən bağlarda ağrılara yol açdılar. Ayaq sağlamlığı baxımından doğru ayaqqabı çox düz olmamalı, dərisi yumşaq və elastik olmalı barmaqlar içində rahat hərəkət etməlidır. Ayaq, ayaqqabıdan bir az dəstək almalı, bədənin yükü balanslı bir şəkildə ayaq dabanına yayılmalıdır. Bunlar ayağa dəstək vermədikləri üçün uzun müddətli istifadələrdə ayaq sağlamlığında ciddi problemlərə səbəb olur. Bəzi qadınlar ayaq şəklinə uyğun gəlmədiyi halda da (ayaqların geniş olması kimi) , israrla onu geyinir. Ayaqqabı yeni alındıqda isə döyənək əmələ gəlməsi kimi problemlər yaşanır. Bu cür halların gələcəkdə ayaq sağlamlığına mənfi təsirləri olur.
Ayağın daraqlı, uzun, ya da böyük olmasında genetik amillər rol oynayır. Kiçik ayaqqabı geymək ayağın kiçik olmasını təmin etməz. Belə hallarda qabarlar meydana gələ bilər, yaralar açıla bilər. Xanımları xüsusilə xəbərdar etmək istəyirəm: Ayaqqabı alarkən, ayağın ayaqqabıya olan dəstəyinə üstnlük verərək seçmək lazımdır.
Ayaqqabı ön və arxa hissələrindən bükülməyə çalışdıqda asanlıqla, deformasiya, olmamalıdır.

Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
Daban arxa hissəsi, ayağa arxadan dəstək verəcək qədər yüksək və sərt materialdan düzəldilmiş olmalıdır. Material olaraq da sintetik materialdan uzaq durmalı, təbii dəri ayaqqabılara üstünlük verilməlidir. Təbii dəri materiallar daim hava giriş çıxışını təmin edərək ayaq sağlamlığını qoruyur və xoşagəlməz qoxuların əmələ gəlməsinin qarşısını alır. Dar ayaqqabıları israrla seçim edərək ayağın formasını pozmaq yerinə ayaq şəklinə uyğun ayaqqabıları üstünlük vermək daha doğru bir davranış olardı.
Dabanlı ayaqqabılarda ölçü necə olmalıdır? Hündür dabanlı ayaqbıları xoşlayan qadınlar ayaq sağlamlığı baxımından ayaqqabı seçərkən nələrə diqqət etməli?
Bizim adətən qadınlarda təklif etdiyimiz təxminən 3-5 sm hündürlüyündə rahat hündürdaban ayaqqabıdır. Sivri burunlu ayaqqabıların qadınlar tərəfindən çox üstünlük verildiyini bilirik, amma ayaq sağlamlığı üçün bunu da təklif etmirik. Daraq sümüyü və ayaq baş barmağı üçün deformasiya yaratmaq ehtimalına qarşı geniş burunlu, ayağı rahat etdirən ayaqqabıları seçim etmək lazım olduğunu vurğulayırıq. Xanımlar üçün ayaqqabıda axtardığımız meyarlar, təxminən 3-5 sm dabanlı olması, burun hissəsinin, yəni, daraq sümüklərinin oturduğu hissənin geniş olması və ayaq üçün ölçüsünün tam, hətta bəlkə yarım ölçü böyük olmasıdır. Dar ayaqqabı geyinmək, ayaq baş barmağında sümük deformasiya, qabar, göbələk kimi problemlərə yol aça bilər. Xüsusilə şəkər xəstələrində çox ciddi problemlər yarada bilər. Hündür dabanlı ayaqqabılar ayağa minən yükü ayaq dabanından önə doğru sürüşdürərək, ayaq ön hissəsinə daşıyır. Bu növ ayaqqabılar eyni zamanda bel, bud və diz bölgəsində həddindən artıq gərginləşməyə, oynaqlarda artıq yüklənməyə və beləliklə, əzələlərdə həddindən artıq işə səbəb olur.
Hündür dabanlı ayaqqabılar "düşmə riski”ni artırıb, xüsusilə ayaq topuğu ətrafındakı bağlarda yaralanmalara səbəb olur.

Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
İncə corablar, xüsusən, yay aylarında ayaq sağlamlığına daha çox təsiri edir. Odur ki, yayın isti havalarında ayaqları tərləmələrdən qorumalıyıq. Çünki tərləyən ayaq islanaraq ayaqqabıya zərər yetirəcək.
*Yay aylarında geyilən səndəllərlə barədə nə demək olar?
Səndəlləri yayın rahatlığı baxımından seçim edilir, ayağı xarici faktorların təsirlərindən qoruyur. Kənardan gələ biləcək təhlükələrə qarşı açıqda qalan ayaqlar, xüsusilə, barmaqlarda uzunmüddətli zədələr yarana bilər. Ayaqlara Günəşin də zərərli təsirləri la bilər, buna qarşı ayaqları qorumaq üçün isə qoruyucu kremlərdən istifadə etməlidir.

Yay aylarında ayaq baxımı necə aparılmalıdır?

Yay mövsümündə ayaq baxımı daha da böyük əhəmiyyət kəsb edir. Ona görə bu dövrdə ayaqlara xüsusi qulluq lazımdır.
Bəs Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
Ayaqlarınızı hər gün ilıq sabunlu suyla yuyun. Sərin su ilə yaxalayıb, yaxşıca silin. Səndəl və ya barmaqarası tərlik geyinmisiniz, ayaqlarınızın üst qisminə mütləq günəş kremi sürtün. Ayaqlarınızı daban daşıyla təmizləyin. Yatmazdan əvvəl ayaqlarınız yuyun və qurulayıb nəmləndirici krem sürtün.
Unudulmamalıdır ki, ayaq problemlərinin çoxu əlverişsiz ayaqqabı geyməkdən doğur. Bu üzdən ayağınıza uyğun ayaqqabıları üstünlük verin. Çəki alıb-vermək, həmçinin qocalmaq ayağın formasını dəyişə bilər.
Sağlam ayaqlar orqanizmimizin sağlamlığı üçün çox əhəmiyyətli faktordur. Ayaqlarınıza gündəlik qulluq tətbiq edərək və ayağınıza tam uyan rahat ayaqqabılar seçməklə ayaq sağlamlığınızı qoruya bilərsiniz .
Yeni ayaqqabı alarkən hər iki ayaqqabını da geyinib fikir verin. Çünki hər iki ayaq da bərabər olacaq deyə bir qayda yoxdur. Odur ki, iki ayağınızın da ayaqqabının üçün rahat edir olub -olmadığını mütləq nəzarət edin. Ayaqqabı satın almağı günün sonuna, ayaqlarınızın gəzməkdən yorulub şişdiyi zamana uyğun gətirin. Ən az zəriflik qədər ayağınızın rahatlığını da fikir verin. Oturaraq işlərdə, uzun səyahətlərdə ayaqların şişməsi xarakterik olur. Bu kimi hallar üçün biz ayaqqabıların bir neçə saat fasilə çıxarılıb ayağın istirahət etdirilməsini təklif edirik. Axşam evə gedəndə də qan dövranının normal səviyyəyə dönməsini təmin etmək üçün kürək üstü yatıb, ayağın qəlb səviyyəsinin üstündə bir qədər yüksəkdə istirahət etdirilməsini tövsiyə edirik.
 
Ayaqqabı seçərkən nələrə diqqət edilməlidir?
Qeyd:Türkcədən tərcümə edilmişdir (Mənbə kimi bax: http://www.samanyoluhaber1.com/saglik/Ayakkabi-secerken-nelere-dikkat-etmeli/563465/)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz