» » Nuranə balamızı təbrik edirik

Nuranə balamızı təbrik edirik

 
Nuranə balamızı təbrik  edirik

 Dostlarımız — hörmətli Vidadi müəllimin,  həmçinin Nuranə balanın ata babası  Rasim müəllimin  babalıq haqqının təntənəsidir bu gün. Baldan şirin dadan nəvələrinin 10 yaşını     qeyd edirlər: biri sağ tərəfində, biri sol tərəfində. Bundan fərəhli nə ola bilər.  Bazardan alınan meyvə ilə könül meyvəsinin dadı  eynimi? İndiyə kimi bu dadın adını,   ölçü vahidini ehtiva edən bir etalon varmı? Heç  buna cəhd etməsinlər də.  Nəvə kimi ilahi nemətin şirinliyi, ülviyyəti də ilahiləşmiş bir  addır, daddır.

Babanı nəvə kimi  dəyişə bilən, ruhlandıran, həyata bağlayan,  daha  vüqarlı, bəzən də kövrəkdən də kövrək edə bilən varlıq yoxdur.Əzizlər var, amma nəvə qədər yoxdur. Övladlar bizə ata-ana haqqı bəxş edirsə, nəvə bu haqqı bir qədər də kamilləşdirir..

Olmayan evlərimizə də Nuranə balaya ümidlərimizin dikildiyi bu məqamda – gecə saat 24 30-da  nəvə arzulayır, özü də  heç olmazsa 4 nəvə.  Akademik Vaqif Abbasov yazır ki, dünyaya gələn hər körpə Allahın yerdən, insanlardan hələ əlini üzmədiyinə bir zəmanətdir.

Nəvələr, doğrudan,   həyatın dvamlılığına  bir zəmanətdir.

 

Əziz Vidadi müəllim, Rasim müəllim,  Sizi təbrik edirik. Gün o gün olsun ki, Nuranə bala ali məktəbə qəbul olunsun. Əsl-nəcabətinin, elimizin-obamızın  ehtiram bəslədiyi, dəyər verdiyi bir övlad olsun.

Nuranə bala, atanın dostları adından səni təbrik edirik.  Sənə və sənin həmyaşıdlarına  sakit səma, qayğısız uşaqlıq həyatı,  ata-analı, baba-nənəli günlər arzulayırıq.


Doğum günün mübarək!


Bu mahnı da  doğum günün üçün babalarına bir lirik ovqat olsun.

 

Nəvə

Sözləri: Zivər Ağayeva

Musiqisi: Məmmədbağır Bağırzadə


 

Qoy hər kəsə qismət olsun,
Qənddən, baldan şirin nəvə
Ömrümüzün bəzəyidir,
Övladdanda şirin nəvə...

Əsildir nəvə, nəsildir nəvə
Övladdan da şirindir, şirindir nəvə
Dövlətdə dəvə, övladda nəvə,
Deyib bu sözü atalar belə...
- nəq -
Şirin şirindi nəvə, şirindən şirin nəvə,
Övladdan da şirindi, şirindən şirin nəvə...
2 ci bənd
Yerdə şamdır, göydə ulduz,
İstər oğlan, istərsə qız.
Bir gün məni qoymaz yalqız,
Həyatımın nəbzi nəvə...
Əsildir nəvə, nəsildir nəvə
Övladdan da şirindir, şirindir nəvə
Dövlətdə dəvə, övladda nəvə,
Deyib bu sözü atalar belə...
- nəq -
Şirin şirindi nəvə, şirindən şirin nəvə,
Övladdan da şirindi, şirindən şirin nəvə...

 



Hörmətlə: Zakir müəllim, Tacirə müəllimə, Süleyman müəllim, Şakir müəllim, Elxan müəllim, Mirkazım müəllim, Osman müəllim, Rəfael müəllim, Güloğlan müəllim, Araz müəllim

Nuranə balamızı təbrik  edirik 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz