» » Səndən adam olmayacaq (Rəvayət)

Səndən adam olmayacaq (Rəvayət)

Səndən adam olmayacaq (Rəvayət)


Bir ata oğluna verdiyi öyüd-nəsihətlərə baxmayaraq, oğlu heç ipə-sapa yatmazmış. Ziyan gətirməsə də, hadisə törətməsə də əlini ağdan-qaraya vurmazmış, oxumaq, hansısa peşənin sahibi olmaq haqqında heç düşünməzmiş.Ata da bir dəfə qeyzlənib demiş: "Səndən adam olmayacaq”.
Bu söz oğulu tutmuş və o da acıq edib evdən getmişmiş.
Üstündən illər keçəndən sonra bu oğul hansısa ölkənin kralı olur və tacı başına qoyan kimi ilk işi də bu olur ki, atasını hüzuruna gətirtdirsin və ona hansı mənsəbə çatdığını sübut etsin.
Atası gəlir. Kral qiyafəsində atasını mənsəbində qəbul edən oğul atasına deyir ki, sən mənə demişdin ki, səndən adam olmayacaq. Amma mən artıq kralam.
Ata da acı təəssüflə bildirmiş ki, mən sənə kral ola bilməzsən deməmişəm, adam ola bilməzsən demişəm:baxsana, atanı hüzuruna çağırırsan, hələ adam olmadığını göstərirsən.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz