» » Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

Müəllif: Dəyanət от 10-10-2016, 09:56

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür


Oktyabrın 10-u XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. 20-dən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından olan Aida İmanquliyeva tarixə ilk müsəlman şərqşünas alim qadın, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi düşüb....

Allah ondan heç nəyi əsirgəməmişdi. İlin, ayın, günün xoş saatında gəlmişdi dünyaya. Zəriflik, incəlik, gözəllik mücəssəməsi idi sanki. Amma o, təkcə zahirən gözəl deyildi. Onun həm də təfəkkürü, düşüncəsi, ünsiyyəti, dünyaya, insanlara baxışı, xarakteri, məğrurluğu, mərdliyi gözəliydi. Onu görənlər, tanıyanlar deyirlər ki, bu gözəllik daxili, mənəvi dünyasının inikası idi. Aida İmanquliyeva maarifpərvər bir ziyalının, çağdaş jurnalistlərin ağır-batman, təmkinli müəllimi Nəsir İmanquliyevin ailəsində doğulmuşdu. Qanla, genlə gələn ziyalılıq onu taleyi boyu izləmişdi. Əsərləri ilə böyük bir oxucu ordusunu tərbiyələndirən gözəl yazıçı, əsl müəllim Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdü. Bu ailələr Universitetlə bağlı idi. O da Universitetin şərqünaslıq fakültəsini seçdi, tələbəliyindən müəllimlərin diqqətini çəkdi.


Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Mühacir ərəb ədəbiyyatını tədqiq etməyi qarşısına məqsəd qoydu. Bakıda Universitet təhsilindən sonra Aida İmanquliyeva Moskvada Şərqşünasıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturada təhsil aldı. Davamlı çalışmaları onu nəinki Azərbaycan Şərqşünaslıq məktəbinin ən görkəmli nümayəndələrindən birinə çevirdi, hətta Aida İmanquliyeva o zamankı SSRİ-də yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri oldu, ərəb ədəbiyyatının ən ciddi tədqiqatçısı kimi tanındı. 20-dən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatını fundamental şəkildə araşdırmaq, təqdim etmək ona nəsib oldu. Əcnəbi həmkarları, dünyaşöhrətli alimlər "Aida xanım bu sahədə misilsiz mütəxəssis idi. Keçmiş Sovet İttifaqında ən yaxşı alimlərdən biri, bəlkə də, birincisi idi” deyə onun yeni ərəb ədəbiyyatına həsr olunmuş əsərlərinin təkrar-təkrar nəşrini vacib biliblər. Aida İmanquliyeva həm də bacaraıqlı təşkilatçı olub: Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən direktor vəzifəsinədək yüksəlməsi faktı bunu təsdiq edir. Məqsədli fəaliyyəti isə onu tarixə ilk müsəlman şərqşünas alim qadın, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi yazdı...O, qarşısına ali, prinsipial məqsədlər qoymuşdu, onları həyata keçirməkdə israrlıydı. Qəfil gələn ölüm isə heç nəyə baxmadı: arzularını yarımçıq qoydu. Sağlığında gördüyü işlər isə elə bu amansız ölümün acığına onun tarixin yaddaşında qalmasına bəs elədi. Zaman-zaman xatırlanması, yaddaşlardan silinməyən xatirələri də belə deməyə əsas verir.


 Mənbə: http://www.aztv.az/readnews.php?lang=az&id=3050 

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

  

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz