» » Molla bu həyata gülür, həyatdakıları isə güldürür

Molla bu həyata gülür, həyatdakıları isə güldürür

Cənnət

Bir gün padşah Molla Nəsrəddindən soruşub:
-Molla, mən öləndə cənnətə gedəcəm, yoxsa cəhənnəmə?
Molla padşaha qorxmadan:
-Cəhənnəmə gedəcəksiniz, padşahım, deyib.
Padşahın əsəbdən saqqalı titrəyib.
Bu vəziyyəti görən Molla:
-Əsəbləşməyin, padşahım, mən əslində sizə cənnətə gedərsiniz deyəcəkdim.  Amma sizin cəlladlarıızın qılınçlarıyla ölən günahsız insanlardan cənnət dolub daşır.
Buna görə cənnətə yerləşməzsiz deyə, cəhənnəmə gedərsiniz dedim, deyib.

Siz ki belә tez mualicә edirsiniz

Bir gün Molla Nәsrәddin bir hәkimin yanına gedib deyir:
Hәkimbaşı, bir mәni yoxla görüm dәrdim nәdir? Hәkim Mollanın nәbzini yoxlayıb deyir:
Dәrdiniz aclıqdır. Әylәşin, bizimlә nahar elәyin, sovuşub gedәr, qorxulu deyildir.
Molla hәkimin tәklifini qәbul edәrәk oturub möhkәm yeyir, getmәk istәrkәn hәkimә deyir:
Hәkimbaşı, bizim evdә bu xәstәliyә tutulmuş bir neçә adam vardır. İndi ki, siz belә tez mualicә edirsiniz, mәn onları da sizin yanınıza göndәrmәyә mәcburam.

Mollanın qaynanası

Molla Nəsrəddinin qaynanası paltar yuyarkən çaya düşüb, sulara batıb, itib gedib.
Kənd-kəsək yığışıb axtarmağa çalışıblar qadını.
Molla da axtarmaqda, amma hər kəs kimi çayın axdığı tərəfə deyil də gəldiyi tərəfə doğru gedərək...
Görənlərdən biri bu işə çaşıb qalıb və Mollaya səslənib::
-Molla, sən tərs tərəfə gedirsən!
Başını adamdan tərəfə çevirən Molla bu qarşılığı verib:
-Sən mənim qaynanamı tanımazsan, qardaş.
Dünyanın ən tərs qadınıydı o.
Mütləq cəsədi də tərs tərəfə getmişdir...

Mənim payımı ağlasın

Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
- Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
- Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.

Sәn mәndәn yumağı elә bir qiymәtә almısan ki

Molla, arvadının әyirdiyi ipliyi bazara aparır. Alverçilәr onu çox ucuz qiymәtә istәyirlәr.
Sizinlә sizin kimi dolanmaq lazımdır, deyib Molla bir dәvә başı tapır. İpliyi ona sarıyır. Böyük bir yumaq olur.
Bu dәfә ipliyi başqa bir alverçiyә aparır. O da çox ucuz istәyir. Molla:
Gәtir pulunu ver,deyir.
Alverçi bu böyüklükdә yumağın bu qәdәr ucuz qiymәtә verildiyindәn şübhәlәnib soruşur:
Bunun içindә bir şey yoxdur ki?
Dәvә başı var, deyә Molla cavab verir.
Dükançı Mollanın bu cavabını zarafat bilib gülür vә arxayın olub yumağı alıb, pulunu verir.
Bir vaxt yumağı açanda içindә hәqiqәtәn dәvә başı olduğunu gürür. Mollanı çağırıb ona deyir:
Ayıb deyil ki, belә iş görürsәn? Molla cavab verir ki:
Әvvәla, yumağın içindә dәvә başı olduğunu mәn özüm sәnә dedim. İkincisi dә, sәn mәndәn yumağı elә bir qiymәtә almısan ki, yumaqdan dəvәnin başı deyil, özy də çıxsa, yenә dә mәnfәәt edәcәksәn.


Molla bu həyata gülür, həyatdakıları isə güldürür
Molla bu həyata gülür, həyatdakıları isə güldürür
Molla bu həyata gülür, həyatdakıları isə güldürür
Molla bu həyata gülür, həyatdakıları isə güldürür
Molla bu həyata gülür, həyatdakıları isə güldürür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz