» » Pul qazanmağın qəribə və maraqlı üsulları

Pul qazanmağın qəribə və maraqlı üsulları


Biz sovet dövründə tərbiyə aldıq. Oktyabryat, pioner, komsomol, partiya sıralarında tərbiyələndik. Kommunizmin əxlaq kodeksinə yiyələndik.
Gözümüzü açanda böyüklərimizin sübh tezdən oyanıb ta axşamdan xeyli keçənə qədər çapaladığını, çalışıb vuruşduğunu gördük. Onda mağazada 2-3 qəpik aldatmağa görə həbs edirdilər. Vəzifəli adamlar qeyzə gələrdilərsə, məsələsini partiya bürosunda həll edərdilər və həmin kommunistin üstündən xətt çəkilmiş olardı.
Kənddən bir az aralanan kimi taxıl, tütün, qarğıdalı sahələri, meyvə bağları, mal fermaları, quşçuluq fermaları vardı. Əksəriyyət işləyirdi.Balacalar belə, öz əməklərini ailənin əməyinə qatırdı: tütün düzürdü, meyvə yığırdı, toyuq-cücəni dənləyirdi. Bunlar ictimai olanlar idi.Uşaqlar evdə də ailənin harayına yetirdilər. Hər gün qoz-fınıq ağaclarının dibini yığırdılar, mal-qaranı otarırdılar və s. Kimin üzünə gözün sataşsa idi, bir zəhmət əhvali-ruhiyyəsi duyurdu.Hamının evinin damında kisələrlə qarğıdalı, buğda, çəltik olurdu.Tonlarla meyvəsi olurdu. Hamı işləyirdi,hər kəs ictimai-faydalı əməklə məşğul idi.
Kiminsə, kimlərinsə gözü dəydi.
Minik avtomobilləri ancaq təsərrüfat qabaqcıllarına verilirdi. İndi adına bir gün də əmək kitabçası olmayan 100-lərlə həmcinsimiz xarici markalı avtomobil sürür.
İnternetdə dünya ölkələrində maraqlı pul qazanmaq üsulları ilə bağlı bir yazı oxudum….. Eynən olmasa da, bizim ölkəmizdə də pul qazanmağın maraqlı yolları var. Olsun. Amma başqasına sədəmə toxundurmasın bu üsullar, oğurluq olmasın...ziyanlı olmasın...

1- Saçını satmaq
ABŞ-da bəzi qadınlar saçlarını parik istehsalçılarına satırlar. Amma gərək saç hər hansı bir prosesə məruz qalmamış olsun.
 

Pul qazanmağın qəribə və maraqlı üsulları

 

2- Köynək geyinmək
Jason Sadler 2005-ci ildə məşhur şirkətin loqosu olan köynəyini geyməklə reklam ideyası ilə çıxış etdi. Qısa müddət ərzində bir çox şirkət bu təklifə səs verdi.
Sadler 5 ildə xidmət qiymətini iki dəfə artırdı və indi yalnız köynək geyərək ildə 500.000 dollar qazanır.

 

Pul qazanmağın qəribə və maraqlı üsulları

3- Video oyunu
Dünyanın ən məşhur turnirlərindən biri olan "İnternational” video oyunu ilə 2014-cü ildən 10 milyon dollar mükafat prizi ilə hər kəsə gücünü sübut etməkdədir.
 

Pul qazanmağın qəribə və maraqlı üsulları

4- "Oshiya”
Əhalinin sıx məskunlaşdığı Yaponiyada şəhərdə yerüstü qəzalardan ehtiyatlanaraq metroya üstünlük verirlər. Nəticədə, metroda hər vaxt sıxlıq yaranır. Xüsusən, pik saatlarında "Oshiya”lar işə çox yarayırlar. Onlar qatarlar stansiyada dyanankimi, onlar sərnişinləri arxadan itələyərək vaqonlara daha çox adam . Əgər siz də Yaponiyada qatarla getməli olsanız, sizi arxadan itələyəcək bir "Oshiya” ilə qarşılaşacaqsınız.
Bu peşəyə, əsasən, tələbələr üstünlük verirlər.
Günü pik saatlarında, özü də qatarların maksimum sürətlə hərəkət etdiyi Yaponiya metrolarında "Oshiya”lar
 

Pul qazanmağın qəribə və maraqlı üsulları 

 
5- Qidalanma
Şəkildə özünü "Diva" adlandıran gənc qızın Cənubi Koreyada yemək bloqu var. Şam yeməyi yeyərək topladığı izləyici sayına görə "Diva” ayda 9000 dollar qazandığını bildirmişdir.

Pul qazanmağın qəribə və maraqlı üsulları

 

6- Torpaq satmaq
ABŞ-da yaşayan irlandiyalı Tipperary Pat Burke irlandiyalı mühacirləri öləndə qəbirlərinə səpmək üçün İrlandiyadan gətirdiyi torpağı satır.
Hər torpaq qutusunu 15 dollara satan Burke, indiyə kimi 1 milyon dollar qazandığını açıqlamışdır.
Peşəkar  ağıçı
  Belə ağıçılar vəfat etmiş hansısa  şəxsin  məşhur adam olduğunu bildirmək üçün  yas mərasininə dəvət edilir və var gücləri ilə ağlayırlar. 
Belə ağıçıların, hətta   yas mərasimləri üçün özlərinin çadırları da olur. 

 

Pul qazanmağın qəribə və maraqlı üsulları

 

 7. Peşəkar  ağıçı
  Belə ağıçılar vəfat etmiş hansısa  şəxsin  məşhur adam olduğunu bildirmək üçün  yas mərasininə dəvət edilir və var gücləri ilə ağlayırlar. 
Belə ağıçıların, hətta   yas mərasimləri üçün özlərinin çadırları da olur. 
 Burada   haqq  ağıçıların mərasimlərə necə təsir etməsilə müəyyən edilir.

Pul qazanmağın qəribə və maraqlı üsulları

 

Qeyd: Yazı internet məlumatlarından tərcümə vasitəsi ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz