» » Tolerantlıqla bağlı kəlamlar

Tolerantlıqla bağlı kəlamlar

 

Tolerantlıqla bağlı  kəlamlar

Tolerantlıq qarşınızdakıları sizin istədiyiniz kimi deyil, öz istədikləri kimi xoşbəxt edə bilmək böyüklüyüdür.
Con Robinson
*****
Yalnız qanunlar ifadə azadlığına təminat verə bilməz. Cəmiyyətdə tolerantlıq olmalıdır ki, hər kəs öz fikrini cəzalandırılma qorxusu olmadan ifadə edə bilsin.

 

Albert Eynsteyn
*****
Bəzi insanlar güllərin tikanı olduğundan şikayətlənirlər, mən tikanların gülü olduğuna şükr edirəm.
Alfons Kari
 

 *****

Hər bir fəzilət öz nuru ilə parlayır. Dözümlülük gözəl bir işıqdır.
Con Solsberi
*****
Bəzi insanlar güllərin tikanı olduğundan şikayətlənirlər, mən tikanların gülü olduğuna şükür edirəm.
Alfons Kari
*****
Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın, qoy o etsin, siz etməyin.
Andre Gide
*****
Niyə birlikdə və barışıq içində yaşaya bilmirik? Hamımız eyni ulduzlara, eyni planetdəki yoldaşlara baxırıq və eyni səma altında yaşayırıq, bəs nə üçün birlikdə sülh içrə və firavan yaşaya bilmirik?
A.A.Simax
*****
Dünyanı savaş təhlükəsindən qoruyacaq tək bir yol vardır: dünya miqyasında nüfuza sahib olacaq və dünyadakı bütün silahların inhisarına sahib olacaq tək bir orqanın yaradılması.
Bertrand Russell
*****
Başqa birisi yıxılsa, deyirik ki, çürük taxtaya ayaq basmasaydı…. Özümüz düşünəndə isə addım atdığımız lövhənin çürük olduğuna şikayət edirik.
Cənab Səbahəddin
*****
Başqalarının yaxşılığına səy göstərən insan öz nəcibliyinə də zəmanət verir.
Confutsi
*****
Sevdiyinizi əldə edə bilmirsinizsə, əldə etdiyinizi sevməyə çalışın.
Dözümlülük sosial həyatda ən faydalı fəzilətdir.
Deyl Karnegi
*****
İcazəniz olmadan heç kim sizi kiçik hiss edə bilməz.
Eleanora Ruzvelt
*****
Çox yumuşaq davranmaq, çox sərt davranmaq qədər pisdir.
Erik Vebster
*****
Sevdiyinin qüsurlarını xoş görməyən,sevmir deməkdir.
Höte
*****
Bəşəriyyətin xilasını təmin edəcək ən böyük fəzilət tolerantlıqdır.
Henrix Vilhelm van Loon
*****
Həyatdan zövq alın, çünki bu, sevmək, işləmək, oynamaq və ulduzlara baxmaq şansı verir.
Henri Dayk
*****
Sevgidə Günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, xətaları örtməkdə gecə kimi ol, təvazökarlıqda torpaq kimi ol, qəzəbləndisə, ölü kimi ol, hər nə olursan -ol, ya olduğun kimi görün, ya da göründüyün kimi ol.
Hz. Mövlana
*****
İki şeyi əsla unutma: Allahı və ölümü. İki şeyi də heç xatırlama: etdiyin yaxşılğı və gördüyün pisliyi.
Hz.Mövlana

Dözümlülük başqa bir insanın qüsurlarında iştirak etdiyinizi qəbul edən yetkinlikdir.
Dözümlülük edilən hər şeyi asanlıqla qəbul etmək və təsdiqləmək deyil. Dözümlülük başqalarının fikirlərini anlamaq və acı hiss etmədən dərindən müzakirə etmək istəyidir.
Kəlam
*****
Ən insani davranış, bir insanın utanılacaq duruma düşməsini önləməkdir.
Nitşe
*****

Mənim nəzərimcə, dözümlülük ən gözəl və nəcib fəzilətdir, bu zehni vəziyyət olmadan heç bir şey mümkün deyil, bütün insan təmaslarında aparıcı problemlərdən biridir. Dözümlülük heç bir fikri rədd etmir və heç nəyi  pisliklə etmir. Dözümlülük, sadəcə,  başqalarına nifrət etmədən sizin kimi düşünmədiklərini qəbul etmək deməkdir.

Pol X.Spaak

*****

Əfv etmək geçmişi deyişdirməz amma, gələcəyin önünü açar.

Paul Baose

*****

Sevginiz yoxdursa dost axtarmayın.

Sədi Şirazi

*****

Ürəklər  silahla deyil, sevgi və ehtiramla fəth edilər.

Sevgi nə qədər böyüksə, kədəri də o qədər  böyük olacaqdır.

Spinoza

*****

Gülümsəmək iki nəfər arasındakı ən qısa məsafədir.

Viktor Borge

*****

Dözümlülük nədir? Dözümlülük insanlığın bir hissəsidir. Hamımızın səhv və nöqsanları var.Bir-birimizin səhv və çatışmazlıqlarını qarşılıqlı olaraq bağışlayaq, çünki dözümlülük təbiətin ilk qanunudur.

Volter

Tolerantlıqla bağlı  kəlamlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz