» » Stresdən uzaq olmaq üçün nə etməli

Stresdən uzaq olmaq üçün nə etməli

 

Əsəblisinizmi? Axı səhər evdən çıxarkən lift xarab oldu, mərtəbəli ayaqla düşməyə məcbur oldunuz; avtobusun ləngiməsi ucbatından işə 15 dəqiqə geçikdiniz, hətta avtobus gecikdiyi üçün avtobusun içində hədsiz sıxlıq yaranmış vəziyyətdə getdiniz; uşaqların istəkləri bitmir və sair, və ilaxır. Bunlar, təbii ki, insanlar üçün böyük narahatlıqlar, hətta, streslər yaradır. Mütəxəssislər stresi aradan qaldırmaq üçün bir çox tövsiyələr təklif etmişlər. Aşağıda onları sizə təqdim edirik


Stresdən uzaq olmaq üçün nə etməli

 

 Əgər bayırdasınızsa, evə  gələn kimi, ayaqqabılarınızı çıxarın və  ayaqlarınızı uzadın. Beləliklə, skelet sisteminizdə sərbəstlik  yaradaraq rahat olacaqsınız.

Əllərinizi isti su ilə yuyun: İsti su bədəndəki sinir sisteminin sakitləşməsində böyük rol oynayır. Mütəmadi çimmək vaxtları da istirahətinizə kömək edir. Duşa əlavə edəcəyiniz epsom duzu bütün əsəblərinizi alacaq və özünüzü rahat hiss edəcəksiniz.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Tədqiqatlar göstərir ki, kərəviz sapı bədəndəki kortizolun səviyyəsini artırır. Stresdən kilidlənən çənəni də aktivləşdirir. Bu zaman sinir sisteminə müsbət enerji də göndərirsiniz.

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Monitor qarşısında keçirilmiş iş günü — bu zaman sizin üz əzələləriniz gərginləşir və nəticədə başınız ağırlaşıb  ağrımağa başlayır. Stresdən azad olmağın bir yolu saçınızı 10-15 dəqiqədən bir daramaqdır. Bu proses başdakı qan dövranını yaxşılaşdırır və əzələlərin gərginləşməsinin qarşısını alır.


 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Dadlı yemək effektli və stress əleyhinə yaxşı dopinqdir. Məsələn, yaxşı əhvali-ruhiyyəni qorumaq, stresi atmağın bir yolu da yağlı balıq yeməkdir. Balığın tərkibində omega-3 mövcuddur və bu, əsəb sisteminiz üçün çox faydalıdır. Əgər balıq sevmirsinizsə, o zaman dondurma və ya banan yeyin.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Enerjinizi saxlamaq üçün 30 saniyə müddəti ilə burun ətraflarını, qaşlarınizı və gözlərinizi , eləcə də əllərinizin içini mərkəzdən masaj edin. Belə  kiçik masajlar bütün vücudunuza bir ripple effekti (dalğalanma, yayılma) yaradacaqdır.

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Ovuclarınızı əlləriniz isinənə kimi bütün gücünüzlə bir-birinə sürtmək də stresdən qurtarmağa yardımçı olur. Bundan başqa, qulaqlarınızı da ovuşdura bilərsiniz. Bu yolla siz gümrahlaşa bilərsiniz.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Bütün neqativ enerjini 15 dəqiqə ərzində üzərinizdən atmaq üçün duş qəbul edin. Xəfif axan ilıq suyun altında dayanın ki, su sizin başınızı və çiyninizi masaj etsin. Bir müddət sonra suyun sizin üzərinizdən bütün stressi necə yuyub atacağının şahidi olacaqsınız.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli


Pilləkənlərlə 30 saniyəlik yuxarı və aşağı qaçış təşkil edin. Bunun sayəsində beynin haşiyəli hissəsinə oksigen axını güclənir. Bununla da emosional stresdən qorunmuş olursunuz.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Psixoloqların fikrincə,   rəsmlərin 2-3 dəqiqə ərzində boyanması stressi 5 dəfə azaldır. Beləliklə, siz nəinki stresdən azad olacaqsınız, həm də nikbinləşəcəksiniz.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Gərginliyin toplanması nəticəsində insanlarda narahatlıq və böhranlı hal hökm sürür, bu da stresin əsas simptomlarından hesab olunur. Belə vəziyyətdə  Çin qızılgülü  çayı  çay içsəniz gərginlikdən azad olacaqsınız.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli


Əşyaların səliqəyə salınıb yerinə qoyulması sizin fikirlərinizin nizamlanmasına və diqqətinizin cəmlənməsinə yardım edir. Bundan əlavə, yeşiklərdəki əşyaların səliqəli düzümü psixoloji effekt verərək insanı daxilən qaydaya salır və  onu öz dünyasına qaytarır.

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Evdə   sevdiyiniz musiqini dinləyin, soyuducudan sevdiyiniz təamları götürün və sevdiyiniz yerdə əyləşin. Vərəqə ən çox istədiklərinizi, arzuladıqlarınızı qeyd edin. Bu, sizin bir növ, həyatınızı planlaşdırmağınız kimi də qəbul edilə bilər. Bu zaman siz həmçinin   fikir və problemlərdən də  azad olacaqsınız.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Mütləq evdə rəqs edin! Musiqi sədaları altında ritmik hərəkətlər stresi atmağınıza kömək edəcək ən effektli variantdır. Rəqs həm də əyləncə növü olaraq qəbul edilir.

Stresdən uzaq olmaq üçün nə etməli

 

Parkda oturmaq, quşları, uşaqları, quşları  seyr etməklə beyninizi 15 dəqiqə bu təbii axına buraxsanız, gərgin bədəniniz rahatlamağa  nail olacaqsınız.

 

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

Özünüzü sevin: Həmişə dəyərli olduğunuzu unutmamalısınız ... Onda özünüzü həqiqətən yaxşı hiss edəcəksiniz.

 

Stresdən uzaq olmaq üçün nə etməli

 

 Qeyd: Yazı türk saytlarından, eləcə də milli saytlarından istifadə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz