» » Sənət haqqında kəlamlar

Sənət haqqında kəlamlar

 

Sənət haqqında kəlamlar

 

Yüksək mədəniyyətin pilləkəni sənətdir.

Mustafa Kamal Atatürk
*********
Bütün sənətlərdə insanı təəccübləndirən nəsə bir şey var.

Alen
*********
Dünya işıqlı olsaydı, sənət olmazdı.

Albert Camus
*********
Sənət çörək arxasınca qaçarsa alçalır.

Aristofan
*********
Sənətdə ancaq istedadın dəyəri vardır.

Artur Sopenhauer
*********
Bütün sənətlər Allah vergisidir.

B. Valdis
*********
Sənətdəki həqiqətin sirrinə çatmaq öz varlığını ilahi varlığa qoymaqdır.

Brenttmo
*********
Sənət davranışımızı, xarakterimizi, ədalət və rəğbət hisslərimizi saflaşdırmalıdır, mükəmməl etməlidir… Özümüzü dərk etməyimizə , hisslərimizə nəzarət etməyimizə, digərləri üçün bəslədiyimiz hörmət hisslərinin və əməllərin artmasına, cilalanmasına xidmət etməlidir. Bizi laqeydliyə, zülmə, ədalətsizliyə və bayalığa dözə bilməyəcək şəkildə inkişaf etdirməlidir.

Bernard Şou
*********
İncəsənət mədəniyyətin imzasıdır.

Naməlum
*********
Bir ölkədə ağıl və sənətdən çox maddi sərvətə qiymət verilsə, bilinməlidir ki, orada mədələr şişmiş, başlar boşalmışdır.

Böyük Frederix
*********
Sənət əsərləri bir mədəniyyəti sonrakı nəsillərə izah edən şahiddir.

Ə. Q. Benite
*********
Sənət nə oyun, nə də bir əyləncədir, o ancaq ruhun çölə vuraraq, özünü göstərməsi ehtiyacıdır.

Ə. Q. Benite
*********
İncəsənət insanın əl, ağıl və qəlbinin birlikdə çalışdığı şeylərdir.
F.Bekon
*********
Sənət; Gənclərə tərbiyə, qocalığa təsəlli, yoxsullara zənginlik və zənginlərə də bəzək verir.

Fridrix Şiller
*********
Sənət bizi Allaha aparan körpüdür.

G. Ebers
*********

Sənətin vəzifəsi təbiəti təsvir etmək deyil, təbiəti ifadə etməkdir.

Onore de Balzak
*********
Elm və sənət təqdir edilmədiyi yerdən köç edir.
 
İbn Sina
*********
Sənət təbiəti təqliddən başqa bir şey deyil.

L. Annaeus Seneka
*********
Sənətin realist və faydalı olması üçün, axirət, milli, dini və əxlaqi xüsusiyyətlər daşıması lazımdır.

Lev Tolstoy
*********
Bir əsərin bütün bəşəriyyət üçün faydalı olması üçün, yaxşı və pisi ayırmalı, gözəl və aydın olmalıdır. Sənət ancaq müəyyən bir sinif üçün deyil, böyük kütlələr üçün faydalı olduğu zaman dəyərli olur.

Lev Tolstoy
*********
Sənət düşünən, həqiqəti görən, cəmiyyəti anlayan insanların işidir.

Lev Tolstoy
*********
Əgər uğrunda ömür verilən, nə qədər zəhmətlərə qatlanan sənət insanı əzmək, var-yoxdan çıxarmaq üçün istifadə edilərsə, bu halda sənətin faydasından deyil, zərərindən bəhs etmək lazımdır.

Lev Tolstoy
*********
Sənət əxlaqsızlığın məşhurlaşmasına zəmin ola bilməz.

Lev Tolstoy
*********
Ruhun əl ilə birlikdə çalışmadığı yerdə sənət olmaz.

Leonardo da Vinçi
*********
Günəşin çiçəkləri rövnəqləndirdiyi kimi, sənət də həyata rəng verir.

Lord Aubery
*********
Gerçək bir sənət əsəri yalnız ilahi kamilliyin kölgəsidir.

Mikalencelo

*********
Körpəlikdən hər kəs bir sənətkardır, çətin olan yaşlı ikən sənətkar qala bilməkdir.

Pablo Pikasso
*********
Sənət bizə həqiqəti bildirən bir yalandır.

Pablo Pikasso

*********
Sənətlər yer üzünün duzdur. Duz yeməklər üçün nədirsə, sənət də texnika üçün odur.

Volfanq Van Höte

Sənət haqqında kəlamlar

 

Sənət haqqında kəlamlar

 

Sənət haqqında kəlamlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz