» » İsgəndəriyyə kitabxanası

İsgəndəriyyə kitabxanası

İsgəndəriyyə kitabxanası

İsgəndəriyyə şəhəri eramızdan əvvəl - 332-ci ildə məşhur sərkərdə Makedoniyalı İskəndərin əmri ilə Aralıq dənizi sahilində- Nil çayının deltasında Deyonkrat Rodosskiy tərəfindən şəhər salındı. Bu şəhər elm mərkəzi olmalı idi və oldu da .
İsgəndəriyyə kitabxanası dövrü üçün qədim tarixin ən böyük kitabxanalarından və ellinizm dövrünün mədəniyyət, tədris, və fəlsəfə mərkəzinin ("İsgəndəriyyə Museyonu”) böyük tərkib hissəsindən biri kimi tarixə həkk olundu.
İsgəndəriyyə kitabxanası tikilməsinin əsas məqsədi dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus kağızlarına köçürülməsi vasitəsi ilə orada qorunub saxlanması idi.
Eramızdan əvvəl eramızdan əvvəl 332-ci cə ya 333-cü ildə Böyük İsgəndər tərəfindən yaradılan bu kitabxanada
900 min cild əlyazma qorunub saxlanırdı. Burada əsərlər papiruslar üzərində yazılaraq rulonlar formasında mühafizə edilirdi.
 
İsgəndəriyyə kitabxanası

İtməyə üz tutan bir çox əsərin əsli burada saxlanılırdı. 334 –cü ilə qədər davam edən bu prosesin sonunda kitabxana yandırılıb. Onun necə yandırılması, yoxa çıxması ilə bağlı müxtəlif versiyalar səsləndirilib: bir qrup fikir söyləyənlər bu yanğını xristian fanatlarının, bir qrup isə Sezarın adı ilə əlaqələndirmişlər.Amma hələ də kitabxananın yoxa çıxması müəmma olaraq qalıb.
Yandırılan kitabxananın yerləşdiyi yerə 2002-ci ildə daha bir yenisi tikilib və bu kitabxanadünyada ilk dijital kitabxanadır. Kitabxana 8 milyon kitab olan zaldan, 6 xüsusi kitabxanadan, 3 muzeydən, 2 qalereyadan, 6 incəsənət sərgi zalından, internet arxivindən, audio və vizual kitabxanadan, gözdən əlil insanlar üçün xüsusi kitabxanadan, uşaqlar və yeniyetmələr üçün kitabxanadan, mikrofilm kitabxanasından, nadir kitablar kitabxanasından və konfrans mərkəzindən ibarətdir.
…Amma bunlara baxmayaraq, qədim İsgəndəriyyə kitabxanası yandırılarkən itib gedən mədəni irsin böyüklüyü ölçüyəgəlməzdir.

İsgəndəriyyə kitabxanası

Qeyd: Yazı internet mənbələri əsasında hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz