Maraqlı məlumatlar:Tolstoyun universitet qiymətlərinin çoxu "1” olmuşdur.
Müəllif: Akif Əhmədov от 8-10-2016, 08:32
1. Tolstoyun universitet qiymətlərinin çoxu "1” olmuşdur.
2. Puşkin çox pis oxuyurmuş və riyaziyyat dərslərində həmişə ağlayırmış…
3. Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
4. Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdir.
5. Motsart konsert verməyə 6 yaşından başlamışdır.
6. Circ Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdır.
7. Frensis Bekonun şah əsəri sayılan "Noum orqanum”u yazanda 15 yaşı vardı.
8. Bethoven 9-cu simfoniyasını bəstələyərkən kar idi.
9. Motsart ən böyük operasını bəstələyərkən borc və xəstəliklə üz-üzə qalmışdı.
11. Fateh Sultan Mehmet Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən cəmi 21 yaşı vardı.
15. Franklin D.Ruzvelt gəncliyində paraliç olduğundan gəzə bilmirdi. Amma o buna məhəl qoymamış və öz əzmi sayəsində 4 dəfə ABŞ-ın prezidenti seçilmişdi.
16. Van Qoq sutkalarla işləyərdi, arağı su kimi içərmiş. O, sol qulağını kəsib, bu halında avtoportretini çəkmiş, 37 yaşında intihar etmişdir. Ölümündən sonra həkimlər 150-dən çox xəstəliyi olduğunu açıqlamışlar.
17. Bir dəfə böyük fizik Amper evdən çıxarkən, qapının üstünə belə yazılı lövhə qoyur: " Amper evə axşam qayıdacaq”. Necə olursa, Amper evə tez dönməli olur və qapının üstündəkji yazını oxuyub qayıdıb çıxır gedir…
18. Bir dəfə Nyuton özünə suda yumurta bişirmək istəyir və saatı əlinə götürüb vaxtı qeyd edir ki, bişmə vaxtını bilsin. Bir neçə dəqiqədən sonra qayıdıb baxanda görür ki, qaynatdığı saat imiş, yumurta isə əlindədir.
19. Eynşteyn bir dəfə yolda dostuna rast gəlir və ona müraciətlə deyir: " Axşam bizə gəli, professor Stimson da orda olacaq.” Dostu deyir ki, dostum, axı Simmson elə mən özüməm də. Cavabında Eynşteyn "eybi yoxdur, siz də gəlin” deyə israr edir.
20. Bəstəkar Frans Haydn almaz qaşlı üzüyü barmağında olmayanda işləyə bilmirmiş. O, dəqiqəbaşı üzüyü barmağından çıxarıb diqqətlə ona baxırmış.

Oxşar postlar:
- Oxunub: 2 091
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar