» » İsti havalarda Günəşdən necə qorunmalı - məsləhətlər ( II hissə)

İsti havalarda Günəşdən necə qorunmalı - məsləhətlər ( II hissə)

 
 
 
İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( II hissə)

Başınızı  günəş şüalarına məruz qoymayın. Kəllə sümüyünün üstünü və qulaqlarınızın üstünü kifayət qədər yaxşı bağlayan geniş əhatəli bir şlyapa taxın. Belə şlyapa  kölgə yaradaraq başınızın və bədənizin daha sərin qalmağa kömək edir.  

 Açıq rəngli papaqlar vücudunuzu  sərin saxlamağa yardımçı ola bilər.

Daha isti havalarda daha az aksessuarlardan istifadə edin. 

Uzun saçlarınız varsa, üzünüzə və bədəninizə yayılmaması üçün  bir yerə    toplayın.


 6.Evinizi  sərin saxlayın.


Sərinkeşlərdən istifadə edin. Həddindən artıq isti və nəmli havalarda sərinkeşlər  havanın  dövranını  davamlı olaraq təmin edərək evinizi və  sizi sərin saxlayayaq. Evdə və ya ofis şəraitində havanın sərbəst gəzməsi və boğucu temperaturun azalması üçün   bu yerləri hökmən sərinkeşlə təmin edin.

Buxarlı soyuducular temperaturu əhəmiyyətli səviyyədə sala bilər. Sadədən (yəni bir ventilyatorun qabağında bir kasa donmuş su) qismən mürəkkəbə olmaq üzrə müxtəlif buxarlı soyuducular var. Bir neçə PVC boru, bir vedrə, bir elektrikli ventilyator, 4 litr donmuş su 4°c külək mehi yarada bilir.   

 Hədsiz isti havalarda  ventilyator sərinləmək üçün başlıca  vasitə olmamalıdır.   Ventilyatorlar yaxşıdır, ancaq hava çox isti deyilsə

 

7. Ventilyator və ya sərinkeşdən  istifadə edin


Evinizdə mərkəzi havalandırma sistemi olmasa da, evinin bir otağına kiçik bir kondisioner düzəltmək, yay aylarında otağının sərin qalmasını təmin edə bilər. Bu zaman  kondisioneri qonaq  otağı, mətbəx və ya yataq otağı kimi vaxtınızı ən çox keçirdiyiniz otağa qoyun.

 

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( II hissə)

 

8. İstidən yayınmaq üçün  hara getmək olar

 

 Kitabxana sərinləmək və yeni məlumatlar əldə etmək üçün gözəl bir yerdir.

 Marketlər yaxşı havalandırır. Çox isti soyuducuların olduğu bölməyə get və bir müddət orada məhsulları baxın.


9. Pərdələri və jalüzləri bağlayın. Günəş şüaları istiliyə çevrilir.

 

Temperaturu aşağı tutmaq üçün mümkün olduğu qədər şüaların evinizə girməsinə mane olun. Pərdələri bağlamaq, pərdəni endirmək və ya pəncələri yummaq da evdəki temperaturu əhəmiyyətli səviyyədə aşağı sala və evin sərin qalmasını təmin edə bilər.

Çünki bunlar bütün işığı olmadan istiliyi birbaşa pəncərələrdən uzaq tutar.

 

10. Günəş işığının evinizin damına olan təsirini minimuma endirin.


 Damın rəngini dəyişdirmək evin temperaturunu sala bilər. Daha soyuq rənglərlə boyanmış damların temperaturu  isti yay aylarında təxminən 50 dərəcə aşağıdır.

 Evinizin üstünü yaxşı bir şəkildə izolyasiya etdirin. Yaxşı izolyasiya daha az istilik deməkdir.

Bu zaman izolyasiya və dam materialı arasında bir az hava olduğundan əmin olun.


11. İsti havanın öhdəsindən gəlmək üçün  müəyyən hazırlığınız olmalıdır


 Əvvəlcədən plan tutun. Bir plan quraraq istiyə məruz qaldığın müddəti məhdudlaşdıra və hər gün istiyə çıxmadan əvvəl onun təsirlərini minimuma endirməyə kömək edə bilər.  

 Təbiətin qoynuna  səfər edəcəksinizsə, günün başlanğıcında xəritəni öyrənin. Ən yaxşı və rahat marşrutu seçin.Gedəcəyiniz yerlərin sərin olmasına üstünlük verin.

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( II hissə)

 

 12.  Çimərliklərə  həssas yanaşın


 Amma unutmayın: suyun sərin təsirindən dolayı günəşə daha az məruz qaldığını düşünərsiniz, amma yenidən günəş kremi sürtmədən suda uzun müddət qalmaq və ya fasilə vermək günəş yanığına yol aça bilər.

 İsti günlərdə vasitə çox səyahət edəcəksinizsə,  əvvəlcədən avtomobilinizi profilaktik baxışdan keçirin.  Avtomobilinizdəki kondisionerlərinin düzgün bir şəkildə işləyib işləmədiyinə əmin olun. Temperaturun istədiyin qədər soyuq olmadığını fərq edəndə avtomobilini servisə apar. Avtomobilin böyük ehtimalla freonu azalmışdır.

Səyahətə çıxmazdan öncə yaşadığınız yerin hava vəziyyətini öyrənin. Temperatur göstərici dəyərlərinin kölgəli sahələr və yüngül küləkli hallar üçün nəzərdə tutduğunu bilin. Tam günəşin alt və güclü külək varsa temperatur faktoru -9°c qədər arta bilir.

Temperatur fərqi ilə bağlı olaraq iqlimə öyrəşmək 10 gün qədər sdavam edə bilir. Özünüzü buna  məcbur etməkdənsə yeni, isti mühitə alışmaq üçün  fiziki aktivliyinizi minimuma endirin.


13.İsti havalarda uşaqlar


İsti havalarda uşaqların su qəbuluna diqqət edin və onlara içmələri üçün çox su verin.

 Bir neçə dəqiqə ərzində topuqlarına soyuq su tökün. Bu, onlara  bədənlərini daha sərin hiss etməyə təsir edəcəkdir!

 Papağınıza bir az  su töküb başınıza qoyun.


İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( II hissə)

14 Xəbərdarlıqlar


 İsti havada park edilmiş bir vasitədə heç vaxt uşaqlarınızı və ya ev heyvanlarınızı qoymayın. Avtomobilin və ya digər vasitələrin tərkibindəki istilik sürətli artıb onların ölməsinə səbəb ola bilər. Uşaqların və heyvanların bədənləri böyüklərə nisbətən daha sürətlə isinir.  

 Təhlükəsizlik kəmərləri və sükan kimi bəzi obyektlərin dözülməz dərəcədə istiliyi ola bilir.

Başağrısı, yorğunluq, zəiflik, başgicəllənmə, ürəkbulanma kimi isti hava ilə əlaqəli xəstəlik əlamətləri yaşayırsınızsa, o anda gördüyünüz işi buraxın və  kölgəyə çəkilin və yaxud  sərinkeşi açın, su için. Bu əlamətlər  siz sərinlədikdən sonra da davam edərsə, həkimə müraciət edin.

 Yüksək ürək sürəti, şiddətli mədə ürək bulanması, qusma, nəfəs almaqda çətinlik varsa, 38°c və ya daha yüksək bədən hərarəti olarsa, həddən artıq tərləmə, dəridə qızarma, istilik və quruluq kimi daha ciddi əlamətlər nəzərə çarpırsa,  dərhal təcili yardım çağırın.


 15. Ehtiyacınız ola biləcək şeylər

 Su və su üişəsi/paketi

 Yüngül, açıqrəngli paltar

 Şlyapa və günəş eynəyi

 Günəş kremi

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( II hissə)

 

  Son

 

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz