» » İsti havalarda Günəşdən necə qorunmalı - məsləhətlər ( I hissə)

İsti havalarda Günəşdən necə qorunmalı - məsləhətlər ( I hissə)


İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( I hissə)

 

 

İsti havada sərin qalmaq çox əziyyətli bir qayğıdır. Çünki isti havaların gətirdiyi risklər ( bədənin susuz qalması, istilik stressi, günvurma) müxtəlif xəstəliklərə səbəb ola bilir. Bədəni sərin saxlamaq isə həm orqanizmin, həm də ruh halının normal qalmasını təmin edir.
İsti havada sərin qalmağın bir çox sadə və təsirli üsulu vardır.

1. Sərin saxlayacaq qida qəbul etmək və içkilər içmək

Bədən susuz qalmamalıdır. Su isti havalarda sərin qalmaq üçün lazımdır. Bədəninin su səviyyəsinə nəzarət etməyin ən yaxşı yolu sidiyin rəngini müşahidə etməkdir. Açıq- sarıdan daha tünd olan hər hansı bir rəng, yəqin ki, bədəni susuz qaldığını bildirir və su içmək üçün bədən sahibini xəbərdar edir.
Limonad (şəkərsiz olsa belə) kimi şəkərli içkilərdən uzaq durun. Bunlar bədənin su saxlama gücünü azaldır. Spirtli içkilər, kofe və kofein tırkibli içkilərdən də uzaq durun.
Su içmək üçün susayana qədər gözləməyin. Gün ərzində su için. Bədəninin susuzluğa məcbur etsəniz, isti hava ilə əlaqəli xəstəliklərə daha meyilli ola bilərsiniz.
Sağlam bir su şüşəsi və ya hər yerə daşımalı və etibarlı bir su paketi satın alın.
Yanında daşımaq üçün bir şüşə suyu əvvəlcədən dondurun. Əriyən suyun portfelinizdəki digər əşyaları təsir etməsini qarşısını almaq üçün su şüşəsini bir dəsmala bükün.

2.Sərinlədici yeməklər seçin.
Doğru seçim etsəniz, yeməklər sizi sərin saxlayacaq. Bunun üçün salat, təzə çiy qidalar, tərəvəz və meyvə seçin, məsələn, xiyar.Xiyarın su nisbəti ən yüksəkdir və orqanizmin sərin qalmasını təmin etmək üçün çox xeyirlidir. bədəninə su almanı sağlar. [5] [6] İsti günlərdə et və zülal ağırlıqlı yeməklərdən qaçın, çünki bunlar, metabolizm istilik hasilatını yüksəldə yəni bu da su itkisini artıra bilər.
Qəribə gəlsə də sizə, acı bibərlər də bədənin sərin qalmasına köməkçi ola bilər. Acı istiot yeyəndə insan tərləyir və bu zaman sərinlik hissi ortaya çıxır.
Kiçik paylı yeməklər də bədən istiliyinin düşməsinə yardımçı ola bilər. Böyük paylı yemək yeyəndə bədəninin hər şeyi parçalamaq üçün daha sıx işləməsi lazım gəlir.

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( I hissə)

 

3.Soba və ya ocaq istifadə etmədən hasil olan yeməklər seçin.
Hazırlayanı və e evdəki digər şəxsləri əlavə istiliyə məruz qoymayın. Ən azından mikrodalğalı söbalardan istifadə edin. Məsələn, dondurulmuş tərəvəzləri və konserv xörəyi ocaqda bişirmək əvəzinə, mikrodalğalı sobada qızdıra bilərsiniz.
İsti havalarda soyuq xörəklər adama daha yaxşı təsir edir. Ümumiyyətlə, sizi hər zaman sərin saxlamağa yarayacaq buzlu dondurma, buzlu içəcək, dondurulmuş meyvə, dondurulmuş qatıq və başqa dondurulmuş yeməklər hazırlayın.

 

 4.  Açıq hava vaxt üçün  səhərin erkən saatlarına və ya axşam saatlarına planlaşdırın.

Uşaqlar, yaşlılar, artıq çəkili insanlar, eləcə də qızılı saçlı insanlar, ümumiyyətlə, sağlamlıq problemi olan insanlar istidən daha çox təsirlənir və bu insanlar isti havalarda sərin yerlərdə qalmalıdırlar.
Günün ən isti olduğu zamanda günəşdən uzaq durun. Kimsə sizi yay gəzintisinə çağıranda səhər günəşində hərəkət etməkdən mümkün qədər çəkinin. İsti aylarda hər gün səhər saat 10 ilə axşam 4 arasında günəşə çıxmağı məhdudlaşdırmaq lazımdır.
 
 Buzlu dondurma, buzlu içəcək, dondurulmuş meyvə, dondurulmuş qatıq və səni sərin saxlamağa yarayacaq başqa dondurulmuş yeməklər hazırlayın.
Bayıra çıxarkən bədəninizə Günəş şüalarına qarşı krem çəkin! Günəş kreminin sırinlədici təsiri olmasına ehtiyac yoxdur, amma isti havalarda qoruyucu təsiri çox əhəmiyyətlidir. Günəş yanığı dəriyə zərər verməklə bərabər, digər müxtəlif əlamətlərə səbəb olabilir. Nəzarət edilməzsə, günəş yanıqları günvurmaya yol aça bilər.
Kremdən istifadə edərkən onu tez-tez yenidən sürtün: hər iki saatdan bir.
 

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( I hissə)

 

Gündəlik fəaliyyətinizdə mümkün qədər kölgə yerlərə çəkilin. Ağacın altında dayanıb ara vermək daha yaxşı işə yarayır, çünki ağaclar havaya temperaturun bir qismini əmən su buraxır. Kölgə mövcud istilik dərəcəsini salmasa də, günəş işığının olmaması sanki temperatur 15 dərəcə azalmış qədər daha sərin hiss etdirir.
Sərin bir külək əssə bu, kölgədə müsbət 5 dərəcə düşmüş kimi hiss edilə bilir.

5.Başınızı açıq qoymayın.
Kəllə sümüyünün üstünü və qulaqlarının üstünü kifayət qədər yaxşı bağlayan geniş sərhədli bir şlyapa taxın. Bu, kölgə yaradaraq daha sərin qalmağa kömək edir. Açıq rəngli papaqlar səni sərin saxlamağa yardımçı ola bilər.

Ayağınıza havanı rahat ötürən ayaqqabı geyinin.
Pambıq corablar yaxşıdır, amma tər əmən corab ayağının daha sərin qalmasına köməkçi olur.
Bəzi qaçış ayaqqabıları yay ayları nəzərə alınaraq hazırlanmışdır.
Yalın ayaq gəzməyə qərar versəniz, diqqətli olun. Çünki səkilər isti havalarda dözülməz dərəcədə isti olur və ayağını yandıra bilir.
 

İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( I hissə)


İsti havalarda  Günəşdən  necə qorunmalı  - məsləhətlər ( I hissə)

 

 

Davamı var….

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz