» » Ana və Usaq.az təbrik edir

Ana və Usaq.az təbrik edir

Ana və Usaq.az təbrik edir

 

Hüseyn böyük oğlumun dostudur. Bir neçə dəfə oğlumun yanında rastlaşmışdıq. İlk gündən xoşum gəlmişdi. sonra  həm də ailəmizdə böyük ehtiram sahibi oldu. Allah bütün ailələrimizə ağıllı övladlar qismət etsin.
Toyunda da iştirak etdik.
Bir qızı var – Elif. Bu gün Elifin 1 yaşı tamam olur. Babaları-nənələri necə sevinir, biz də ailəlikcə elə sevinirik.
Elif islami əlifbanın ilk hərfidir. Əbcəd hesabında da dəyərlərin birincisidir.  Musiqidə "la" notunuı ifadə üçün istifadə edilir. "Ülfət edən, dost, tanış" anlamlarını da ifadə edir.  
Dostumuz-qardaşımız Adil bəyin nəsil-nəcabəti üçün isə oğul xətti ilə İlk Müjdə. Özü də qız nəvəsi. Mənim də 2-3 həftə öncə qız nəvəm oldu…Eyni hissləri keçirməkdəyəm. Ocağımızn , nəslimizin ağıllı, qeyrətli oğulları olduğu kimi, ədəb-ərkanlı, ləyaqətli qız övladları da olmalıdır.
Dünyalarca məhur yazıçı Viktor Hüqo deyib deyə bu fikir ictimai fikir tarixinə düşüb. Deməmiş olsa idi, özüm deyərdim: "Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz”.
Bu sevgini dərin sirri, böyük də izahı var.
Məsələn, uşaqlar körpə vaxtlarında sevgiyə, qayğıya daha çox ehtiyac duyurlar. Elə bil imdad diləyirlər. Adam öz övladında bunun o qədər fərqində ola bilmir. 23-25 yaılı ata ilə 1-2 yaşlı övlad arasındakı fərq o qədər də böyük deyil. Onda ata özü də hələ dəliqanlı kimi olur. Amma 60 yaşlı babanın 1-2 yaşlı nəvəsinə neyil etməsi ruhladır, qanladır, canladır.
Digər tərəfdən, atalar öz övladlarında görmədikləri, görə bilmədikləri ruhsal duyğuları baba yaşına çatanda nəvələrində görürlər. Bir vaxt əkdikləri ağacın necə böydüyünü görməyən atalar, indi baba kimi   barını görəndə yaşamaq istəyirlər hələ.
Düşünürəm ki, babaların ömrünü elə iki qismə ayırmaq olar: 1-ci qisim özü üçün yaşayır, sevir, ailə qurur, övladları olur, onları oxudur və  evləndirir .  Buradan 2-ci qisim başlayır. Ata indi baba kimi sevgili övladları və ən çox da nəvələri üçün yaşayır.
Nəvələr həyatı dəyişir. Nəvələr həyatı mənalandırır. Əlin həmişə gölərə ucalır: Allahdan əmin-amanlıq, sağlamlıq, firavanlıq arzulayırsan.
Çox təəssüf edirəm ki, müasir dövrümüzdə ailələr azuşaqlıdır.  Kaş babalar ömürlərinin sonlarına kimi   körpə nəvələrin əhatəsində olsunlar. 15-20 yaşında olan nəvə də nəvədir. Amma körpələr daha şirin olur. Köksümüzə sığınanda özümüz də iksirlənirik elə bil. Sanki çəkisizlik şəraitindəyik…Sanki başqa bir hava uduruq.
Bütün evlərimizə bu müqəddəsliyi arzulayırıq.
"Ana və Uşaq.az” saytı adından Elif balanın babaları hörmətli Adil bəyi, ana babası Həsən bəyi, nənələri Gülçöhrə xanımı, Xanım müəlliməni təbrik edirik.
Hələ daha çox "Nəvəniz olub” müjdəsi eşidəsiniz.
Hüseyn , səni və xanımını təbrik edirik. Elif balanın fərəhli günləri ömrünüzü daim mənalandırsın. Sağlam böyüsün, xoşbəxt böyüsün. Gözəl təhsil alsın, elinə-obasına, mənsub olduğu şəcərəyə hər zaman şöhrət gətirsin.

Ana və Usaq.az təbrik edir

 

Ana və Usaq.az təbrik edir

 

Ana və Usaq.az təbrik edir

 

Ana və Usaq.az təbrik edir

 

 

 

Ana və Usaq.az təbrik edir

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz