» » Bu kənddə kişilər evlənmək istəmirlər

Bu kənddə kişilər evlənmək istəmirlər

Bu kənddə  kişilər evlənmək istəmirlər

Bu kənddə hər kəs təkdir

 

Bosniya-Herseqovinanın qərbində Xorvatiya sərhədindəki Livno şəhərinə bitişik Podhum kəndi  ilk baxışda son dərəcə sadə bir məskunlaşma vahidi kimi görünür. Amma bu kəndin  bir özəlliyi var ki, burada təxminən 350 kişi subaydır.

Onlar evlənmək üçün bir çox çətinliklə mübarizə aparan həmyaşıdlarından fərqli olaraq  heç evlənmək də istəmirlər. Əhalisinin əksəriyyətini boşniyalı və xorvatlardan  ibarət olan  bu kişilər   getdikcə yaşlaşmalarına   baxmayaraq,  fikirlərində israrlııdrlar. Onlar "bizi hələ aldadan olmadı" deyərək,   özlərini qürurlu və xoşbəxt  insanlar kimi təqdim  edirlər.

"Subaylar kəndi" kimi tanınan  Podhum kəndində olmuş bir xarici jurnalist kənddəki kişilərə niyə evlilikdən bu qədər uzaq qaldıqlarını  soruşmuş və  aldığı cavaba, yəni bu subayların tənha yaşadıqlarından qürur duyduqlarına  təəccübünü ifadə etmişdir.  

Miroslav Perkoviç jurnalistə    kəndin "tənha kişilər"lə,  həqiqətən məşhur olduğunu təsdiq etmişdir. Kənddəki kişilərin evlənməməsinə böyük ölçüdə maddi imkansızlıqlar səbəb olduğunu ifadə edən Perkoviç daha sonra demişdir ki,  əvvəllər  kənd sakinlərinin əmək qabiliyyəti olan  hissəsi iş dalınca Almaniya və Avstriyaya  getmiş, orada qazandıqları pullarla köydəki ailələrinin dolanışıqlarını təmin etmişlər.

Bu gün evlənməyən kişilər də  işləmək üçün qürbətə gedənlərin nəvələridir. Bu günə qədər onlar  atalarının-babalarının qazandıqları pullarla yaşadılar.

Kənddə yaşayan tənha  kişilərin əksəriyyəti  günlərini  "Üç gül" adlı kafedə keçirirlər.

Jurnalistin  baş çəkdiyi həmin  qəhvəxanada subay kişilər  niyə evlənmədiklərini izah  etməkdən qaçarkən  "Üç gül" kafesinin sahibi olan Vlado Perkoviç və yoldaşı Zdravko  konkret olaraq  bildirmişlər ki, bu kənddə  kişilər evlənmək istəmirlər.


Bu kənddə  kişilər evlənmək istəmirlər

Vlado Perkoviç eyni zamanda bildirmişdir ki, Bosniya müharibəsi ölkəsinə, o cümlədən bu kəndə çox fəlakət  gətirdi. Çox adam ailəsindən bəzilərini itirdi. Fabriklər, zavodlar bombardmanlara məruz qaldı, sahibkarlar   müflis oldu. Qonşu Xorvatiyada vəziyyət  nisbəətn  yaxş idi,  gedib orada işləyib pul qazana bilirdik, ancaq indi orada da vəziyyətlər yaxşı deyil. 

Adını bildirmək istəməyən subay kişilərdən digəri  evlənməmə səbəbini  ailəni dolandırmaq üçün etibarlı qazan yerinin olmaması ilə əlaqələndirmiş,  kişinin öz başını dolandıra bilmədiyi halda, yoxsul insanların sayını artırmağa ehtiyac olmadığını bildirmişdir.

Məkan sahibi Vlado Perkoviç isə "   hər bir uşaq ruzisini də özü ilə gətirir" deyərək, döyüş vaxtı da 5 uşağı olduğunu, "Tanrının hər birinə ruzi yetirdiyini" söyləmişdir.

Kənddəki kişi sayının qadın sayına nisbətən çox daha çox olduğuna diqqəti çəkən Perkoviç  demişdir: "Kifayət qədər qadın yoxdur, kişilər də məmləkətlərindən çıxa bilmədikləri üçün başqa yerlərdə özlərinə yoldaş axtarmırlar”.

Qadınların kişilərə nisbətən daha təşəbbüskar olduğunu, bəzilərinin ölkənin müxtəlif şəhərlərində, bəzilərinin isə qonşu ölkə Xorvatiyaya gedib orada evləndiklərində ifadə edən Perkoviç  fikirlərini  belə tamamlamışdır:

 Təxminlərə görə, 20 il sonra kənddə 500-600 adam qalacaq. Son əhali sayımına görə, kənddə 2 min 200 adam yaşayır. Bunların ən az mini isə yaşlı insanlardır. Gənc kişilərin 350-si subaydır. Keçmiş 900 şagirdi olan  kənd məktəbində  bu gün 250 şagird oxuyur. Doğum yoxdur.  Bu il 1 il ərzində yalnız 13 nəfər qeydiyyatdan keçib.

 

Bu kənddə  kişilər evlənmək istəmirlər

 

  Kənd belorrusiyalı qadınlara ümid edir


 Vlado Perkoviçin iş yoldaşı Zdravko Veliç də kənddəki ümumi tendensiyadan  kənarda hərəkət edənlərdən biridir. O,  Xorvatiyanın Kaştela adlı sahil qəsəbəsində belaruslu bir qadınla tanış olmuş və  onunla evlənmişdir.  Veliç  həyat yoldaşı ilə birləşərək daha 11 belaruslu  qadını da Podhum kəndinə gətirərək, digər kişilərlə evləndirmişdir.

 Kəndin gələcəyi üçün çalışdığını ifadə edən Veliç demişdir:  "Onları da Podhumlu subay kişilərlə evləndirdik. Kəndin yox olmasını əngəlləmək üçün evlilik agentliyi qurmağı planlaşdırırıq. Hər şey qanuni olacaq. Ən azından evi olan, vəziyyətləri daha yaxşı olan kənd sakinlərinə üstünlük verəcəyik".

 

 Suçlu " analar "

 

 Zdravko Veliç kənddə bu qədər subay kişilərin yaranmasında  ən böyük   səbəbkarın onların anaları olduğunu  demişdir.

  Analar oğullarının istədiyi  heç bir gəlin namizədi bəyənməmiş, özləri də, oğulları da  xeyli yaşlanandan sonra isə "kim olursa- olsun, gəlin olsun" demişlər.   Evliliklərin gecikməsinin başlıca səbəbi budur. Bir də  kişilərin işi də yoxdur. Onlar həm də   qadınlardan qorxurlar. Tanıdığım bəzi dostum var ki, illərdir bir qızdan xoşu gəlir, ancaq onun yanına gedib, danışmağa çəkinir. Çünki gənclik günlərində buna öyrəşməyiblər".

 Veliç  yaradacağı evlilik agentliyi xətti ilə subay kişilərə sevdikləri qızlarla ünsiyyət qurmaqda köməkçi olacağına söz  verib.


Bu kənddə  kişilər evlənmək istəmirlər

Qeyd: türkcədən tərcümə ilə təqdim edildi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz