» » Şəmkirdə VI Vüqar Həşimov memorialına start verilib

Şəmkirdə VI Vüqar Həşimov memorialına start verilib


Şəmkirdə VI Vüqar Həşimov memorialına start verilib

Martın 31-də tanınmış şahmatçı, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Altıncı dəfə təşkil olunan turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gəlir. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşür. Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşırlar.

Turda ilk gedişi Teymur Rəcəbov - Maqnus Karlsen partiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib.

Qeyd edək ki, SOCAR, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. Superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət "Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Mənbə::https://azertag.az/xeber/Semkirde_VI_Vuqar_Hesimov_memorialina_start_verilib-1263678

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz