» » Sahili gülşən Xəzərim... (çimərlik baş örtükləri)

Sahili gülşən Xəzərim... (çimərlik baş örtükləri)

Artıq hamının sevinclə gözlədiyi yay mövsümünün oğlan çağıdır. Bağ mövsümü başlayıb. Dəniz mövsümünə artıq start verilib. Bu münasibətlə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin 2013-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasimi keçirilib. Tədbirdə xidmətin su hövzələrində bu çimərlik mövsümündə vətəndaşların təhlükəziliyini təmin etmək üçün görülən tədbirlərdən danışılıb. Bildirilib ki, bu mövsümdə axtarış-xilasetmə tədbirlərini 32 xilasetmə məntəqəsi, 7 xilasetmə postu və 4 dalğıc-axtarış qrupu həyata keçirəcəkdir.
Bu məqsədlə xidmət 6 yüksək sürətli xilasetmə kateri, 24 xilasetmə skuteri, 49 altı plastik, yanları hava ilə olan qayıq, 23 ədəd 4 - 6 metrlik xilasetmə katerləri və s. avadanlıqlarla təchiz edilmişdir. Bununla belə Dövlət Sularda Xilasetmə Xidməti əhali arasında – istər çimərliklərə gələnlər, istəsə də ümumiyyətlə çimərliklərdən nə vaxtsa istifadə edəçək vətəndaşlar arasında maarifləndirmə işlərinə də böyük diqqət ayıracaqlarını vurğulayıblar. Bəli artıq yay mövsümü başlamışdır. Dənizin romantikası gözəldir, amma həyatımız bu romantikadan da gözəldir. Biz Ana və uşaq.az saytı olaraq ailəmizin hər bir üzvünü dəniz mövsümünün ləzzətini yaşamağa çağırırq, fəqət, hər zaman həyatınızı sevin və qoruyun, Xəzərin qumlu sahillərində ayaq izləriniz hər il həkk olunsun deyə...

Bəs siz necə hazırlaşmısınız dəniz mövsümünə? Əlbəttə ki, Xəzər dənizinin qumlu sahilləri, lacivərd suları şəhərə nə qədər yaxın olsalar da, çimərliklər müxtəlif ərazilərdə yerləşir. Bu çimərliklərə biz ya ictimai nəqliyyatlarla, ya da öz şəxsi avtomobillərimizlə gedəcəyik. Amma bu da hələ tam olaraq hər şeyin yoluna qoyulduyğu demək deyildir:çimərliklərə kimlə gedəcəksiniz, nə geyinəcəksiniz, eynəyin hansını seçmisiniz, başınızı gündən necə qoruyacaqsınız və s..
Xəzər baş şəhərimizin mavigözlü qızıdır..Axşamlar daha gözəl olur..."Ana və uşaq.az” ailəsi gündüzlər qoynunda, axşamlar sahillərində necə bəxtiyar görünür...Kiminiz ailənizlə, kiminiz valideynlərinizlə, kiminiz rəfiqələrinizlə, kiminiz fərdi gedəcəksiniz.. Təki ürəkaçıqlığı, könül xoşluğu ilə gedin. Xəzər baş şəhərimizin qızısa, siz də Xəzərin qızısınız. Deyərlər ki, anası gözəl olanın qızı da gözəl olur.....Onda xəyalınıza gətirə bilirsinizmi Xəzərin yay aylarındakı sizinlə olan hüsnünü...

Bu indi sizə çimərliyə gedib-gələrkən, eləcə də çimərlik zonasında istifadə edəcəyiniz baş örtükləri nümunələri təqdim edəcəyik.
"Ana və uşaq.az” ailəsinin hər bir üzvünə yetəcək qədər də arxivimizdə örtük nümunələri vardır. Seçmək isə özümnüzdən...
Hansına qərar verəcəyinizi özünüz müəyyən etməlisiniz. Sadəcə, şapkalarınızın açıq rəng, kətan və ya pambıq parçadan olmasına daha diqqət yetirin. Çimərlikdə bürünc bədəninizi gündən qoruyan bu həsirlər sizi daha cazibədər və diqqətçəkici göstərəcəkdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz