» » Ölkələrin maraqlı qadağaları

Ölkələrin maraqlı qadağaları

İki ildən çoxdur ki, Qırğızıstanda asyişi pozmağa, ətraf mühitə zərər vermək kimi qeyri-qanuni hərəkətlərə səbəb olan spirtli içkilərin ictimai yerlərdə qəbul edilməsi qadağan olunmuşdur.
Bu qaydanı pozanlar 15 - 45 dollar arasında cərimə ödəməli olurlar. Pul cəriməsini ödəməyən ya 8 saat dövlət xidmətləri üzrə işləməli və ya 10 günə qədər həbs cəzası çəkməlidir.
Avstraliyada elektrik fəaliyyəti üzrə lisenziyasına sahib deyilsinizsə, lampanı dəyişə bilməzsiniz.

Ölkələrin maraqlı  qadağaları

Tailandda üzərində kralın şəkli olduğu üçün pulun üzərinə ayaq basmaq olmaz, əks halda, ciddi cəzalarla üzləşə bilərsiniz.

Ölkələrin maraqlı  qadağaları

Dubayda Ramazan ayında iftardan əvvəl yemək yeyənlərə əvvəl xəbərdarlıq edilir, təkrar olunarsa, çox keçmir həbs cəzasına çevrilir.

Ölkələrin maraqlı  qadağaları


ABŞ –ın İndiana ştatında evdə içki içmək qadağandır. Burada həmçinin birinin arxasından danışmaq və dedi-qodu etmək qeyri-qanunidir.

Ölkələrin maraqlı  qadağaları

Çində piyada keçidində dayanmağın cəzası 5 yuandır. Səhv oxumadınız, bəli, dayanmaq qadağandır.
  

Ölkələrin maraqlı  qadağaları

 

İsveçrədə axşam saat 10-dan sonra sifon çəkmək yasaq edilib.

Ölkələrin maraqlı  qadağaları

Danimarkada avtomobilinin qarşısına at arabası çıxan sürücü    maşınını kənara  çəkməyə borcludur.  
 

Ölkələrin maraqlı  qadağaları

 

Vermontda(Amerikanın şimal-şərqində stat) qadınlar protez diş üçün ərlərindən yazılı kagız almaq məcburiyyətindədir.

Ölkələrin maraqlı  qadağaları

Böcəklər daxil olmaqla, heç bir canlının öldürülməsinə icazə verilməyən Arkanzas ştatında ərinin arvadını ayda bir döyməsi normal qarşılanarkən, birdən çox döyməsi qadağandır. Eyni zamanda bazar günləri paltar asmaq, maşın yumaq qazon kəsmək yasaqdır.

Ölkələrin maraqlı  qadağaları
 
Sinqapurda ətraf mühiti çirkləndirmək, qapalı yerlərdə siqaret çəkmək, sürət limitini aşmaq, piyada keçidləri xaricində keçmək, yerlərə tüpürmək, sifonu çəkməmək kimi davranışlar 10 dollar  pul cəzası ilə cəzalandırılır.

Ölkələrin maraqlı  qadağaları

 Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz