Cabir - 3

 

Övladlarını sevməyən atalar ola bilər, 

amma nəvəsini dəli kimi sevməyən baba ola bilməz...

Viktor Hüqo

 

 Adətən,  doğum günləri digər  günlərdən fərqli olur.  Mahnıda deyildiyi kimi, "üzlərdən-gözlərdən  sevinc  oxunur,  məhəbbət ürəkdən -ürəyə qonur”. Süfrələrin çeşidində məxsusi bir səxavət paylaşılır. 

Baharın sevinc paylayan  bu günündə  nəvəm Cabirin 3 yaşını qeyd edəcəyik.

Allah hər  kəsə 3-4 övlad  qismət etsin. Bunları  evləndirəsən, gəlin köçürəsən,  dünyaya nəvələr gələ. Axı  övladların, nəvələrin sayı  nə qədər çox olsa,  doğum günlərinin, ziyafətlərin sayı da çox olacaq...  Ailə münasibətlərində  asayişlə keçən günlərin  sayını artacaq,  "burada üfüqlər çakit  olacaq”.

Onsuz da hər ailədə   15 -20, bəzilərində daha çox  doğum  günü  qeyd olunur.  Üstəgəl hər ildə  2 gün Yeni il bayramı,  Qadınlar Günü, İlk dərs günü,  Novruz bayramı, Qurban bayramı,  Ramazan bayramı , toylar...

Allah peşmanlıq verməsin: ilin  heç olmazsa , 100 gününü  tam   yüksək sevinc-fərəhlə  keçirirk. Bunlar həyatımızn keyfiyyətinə  müsbət yönümdə necə təsir etməyə bilər?!

 Ən başlıcası isə  hər doğulan  körpə babaların yaşamaq eşqini daha da artırır.

 Təbrikin əvvəlində Viktor Hüqonun  nəvə ilə bağlı fikrini  epiqraf kimi təsadüfi seçmədim.

 Babanın  nəvəsini çılğınlıqla sevməsi, hətta onu öz övladından daha çox istəməsi  nə anomaliya , nə də ki  yanlış  müqayisədir, sadəcə, atalıq və babalıq borcunun ən bariz şəkildə ifadəsidir. Evin kiçik övladına,  kiçikyaşlı nəvəyə rəğbətin bir səbəbi   onların  insanlarda  özlərinə daha çox rəğbət, mərhəmət oyatmasıdır.  Baba iltifatının bir  önəmli amili də   budur ki, babanın  nəsil şəcərəsini  davamı, etibarlı şəkildə gələcəyə ötürülməsi üçün məsuldur. O, övladlarını, nəvələrini sevə-sevə qorumalı, qoruya-qoruya sevməlidir.

Beləliklə,  Cabir balama  nəvazişimi  ifadə edim. Mən heç vaxt  əyləşib və yaxud  hərəkətdə ola-ola sms-lə  təbrik yazmadım: istər  dost-tanış olsun,   istər xalq tərəfindən  ehtiram bəslənilən ədəbi və tarixi şəxsiyyətlər olsun, istərsə  də valideynlərim, övladlarım, nəvələrim olsun. Hətta, bəzən bu təbriki hazırlamaq niyyətimi  neçə gün qabaqcadan  ürəyimdə, beynimdə  götür-qoy edirəm.  Cabir  üçün də təbriki  neçə gün idi ki, hazırlamağa  başlamışdım  . Ailə albomundan şəkillər seçib qruplaşdırmışdım.  Bunların hər birini  Cabir görüb. Görüb və bilib ki,   hər nədirsə, onu əzizləyirlər. Neçə gündür   onun şərəfinə  açılacaq  doğum günü  süfrəsinə Allahın  qismət etdiyi hər biri ruzi  onun gözləri qarşısında hazırlanıb və hazırlanır. Cabir bunları  da görür,  fəqət  gördüklərinin mahiyyətini  hələ  böyüklər kimi dərk edə bilmir,  sadəcə,  evin aurası, hamımızın  ona yönlənən  içdolu heyranlğımız  ruhən onu məmnun edir.

Nəvəmin təbrikinə keçməzdən əvvəl onu bildirim ki, bu gün  nə qədər  dualarım olacaqsa,   həm də  bütün körpələrimiz üçündür.

Dünyada əbədi Sülh olsun. 

Allah hər  bir ata-ananın, baba-nənənin zəhməti  müqabilində onlara   ömürlərini, ocaqlarını   bəxtəvərliyə  qərq edəcək övladlar, nəvələr  nəsib etsin.

Ata-analar övladlarının  fərəhini görsünlər.


Cabir - 3 

  

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3


  Mənim ruhuma  körpə  sevgisi, mərhəmət  onların yuxulu vəziyyətlərində doğurduqları məsumluqdan hopub."Bələnmək" özü də yuxu anlamı ifadə edir.  Nə vaxt ki,   nəvələrimi yatmış görürəm, gərək  uzun-uzadı dayanıb  onları seyr edəm. Bir az  həzinləşəm, humanistləşəm,  ərzin bugünü, sabahı üçün cavabdehliyi qəbul edəm. Özümüzlə yatacaqsa, bu, Allahın qismət etdiyi  ən ləzzətli  bir bəxtəvərlikdir. Onlar yatandan sonra gedib  yanlarında yatmağı demirəm ha... Əvvəlcədən gəlib özü  babası ilə yatağa uzana, beləcə, nəfəslərinizin  mərhəmliyindən ikinizi də yuxu tuta.


Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3


 

Uşaqların öz atalarına   bəslədikləri sevgi də məni çox həlimləşdirir.  Belə məqamların birinə laqeyd qalmaq olmaz. Bu zaman həm insanda əminlik yaranır ki, övladı  öz  körpələrinə qarşı  valideynlik, atalıq  vəzifəsinə/haqqına qabildir, həm də babalar bununla  şəcərə, qohumluq  münasibətlərinə  hakimlik edirlər. Hakimlik  edirlər ki,  nəvələri oğullarının, qızlarının, kürəkənlərinin  qucağına, istisinə   umsuq qalmasın, köks ötürməsinlər.  Nəvələr  qanlarında, canlarında olan  bu ehtiyaca daha çox qovuşsunlar.

Böyük yaşlarında  ata-ana sevgsi, müəyyən mənada, sözlə, təsəlli ilə də  balanslaşdırıla bilər. Amma  bütün balacalar , nə olaydı, uşaqlığın bütün dadını  elə uşaqlıq  həyatlarında çıxara biləydilər.

 

Cabir - 3

  Cabir   boyu çatmasa da, pəncələri üstə qalxıb, dişlərini fırçalayır.  Hər dəfə həyətdən evə qayıdanda   bu qayda ilə əllərini sabunlayıb yuyur.

Cabir - 3

 Gəzməyi çox sevir. Kimsə  qapını açıb çölə çıxa bilməz. O saat qapın ağzında hazır olacaq ki, mən də gedirəm.  Sevinirəm ki, babası ilə gəzməyə daha önəm verir. Amma nəvə Akif nənəsi ilə. Heç eybi yoxdur. Mən, təbii ki, yenə tolerantlıq göstərəcəyəm.  Amma o da nənəsini mənim kimi 30-40 il tanıyandan sonra  həqiqəti biləcək... Cabir isə  başı kimə,  nəyə qarışsa da, babasına sidq -ürəklə bağlıdır...

Cabir - 3

Uşaqların maraq dünyası   çox möhtəşəm olur. Çünki onlar yaşa dolduqca hər şeylə yeni-yeni tanış olurlar. Hər şey onlar  üçün  sirli-sehrli gəlir. Bu şəkli yayda  kənddə olanda çəkdim.  Mənim özümü də  maraqlandırıdı ki,  görüm  bu balacalar ətraf aləmlə, qarşılarına çıxanlarla necə tanış olurlar...Məsələn, kənddə  çəkilən bu şəkildəki  toyuqların qaqqıltısı kəndə düşmüşdü. Heç inanmıram ki, toyuqlar  belə çəngavər qonağı bir daha  görmək istəyələr...)))

Cabir - 3

 Babası kimi,  Cabir də "Saçı uzun Suray xanıma, Donu uzun Buray xanıma " görən kimi mehr saldı . Amma bilmirdi ki, qarğıdalının yarpağını bir az  bərk çəksə idi, siyrimləri  zərif-zərif dərisində iz salacaqdı.

Cabir - 3

  Bu şəkli  öz evlərində çəkilib.  Qardaşı bağçada, bacısı  məktəbdə. Onda Cabirin də  işi yaxşı olur: əlinə-ayağına toxunan olmur.  Amma qardaşı, bacısı evdə olanda  hardandır belə asayış ki, süfrədəki nemətləri   rahat-rahat o tərəf-bu tərəfə  yığsın.

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3


Əmisinin qızları - bacıları ilə də çox mehribandır. Təzim etməyi, paylaşmağı bacarır. Ən azından  həftədə bir dəfə  görüşürlər: ya bizdə, ya da onlarda.  Telefonla zəng etməyi də öyrənmişdir.  


Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Üzüyoladır.  Kollektiv düzənlənən  hər addıma meyillidir Bir də görürsən,   hansısa oyun oynayırlar. Bir də görürsən, otaqda  səhnə düzəldib, kukla teatrı  göstərirlər..

 

Cabir - 3

 

Cabir - 3 

 Bütün evlərdə  nə qədər  oyuncaq olduğunun fərqindəyəm, o cümlədən elə özümüzdə də. Saysız-hesabsız oyuncaqları var. Həm    hərbiyə aid oyuncaqları daha sevir.  Amma qardaşınən, bacısının oyuncaqlarına da maraq göstərir.  Hətta qeyzlənəndə  heç bir səbəb, təqsir, suç olmadan  bacısının kuklalaların saçından yapışıb  otaqlar arasında sürüyür...

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

 

Cabir - 3

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz