» » İbrətli sözlər

İbrətli sözlər

İbrətli sözlər

Könüllərin birləşmək əzmi insani yüksəlişin, bədənlərin birləşmək istəyi heyvani başlanğıcın əlamətidir.
Əbu Turxan
***
Nifrət böyüyü də məhv edir, məhəbbət kiçiyi də yüksəldir.
Latın atalar sözü
***
Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır.
Bayron
***
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.
Əbu Turxan
***
Qarşılığı olmasa da, sevmək gözəldir.
O.Balzak
***
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir.
D.Didro
***
Sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri görməyə mane olur.
A.Düma
***
Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz.
A.Düma
***
Ayrılıq böyük məhəbbətləri daha da artırır, yarımçıq olanları isə məhv edir.
R.N.Güntəkin
***
Eşq meydana girəndə ağıl oranı tərk edir.
M.Meterlinq
***
Yoxsulluq qapıdan girəndə, məhəbbət pəncərədən qaçır.
V.Şekspir
***
Eşq namusla birləşəndə ən qiymətli cəvahirat alınır.
L.Tolstoy
***
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o, hər an nifrətə çevrilə bilər.
H.Toro
***
Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyillidir.
Leybnis
***
Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır.
A.Kamyu
***
Qadın qəlbinə aparan cığırların ən kəsəsi yazıqlıqdır.
Bayron
***
"Məhəbbət” sözü iki fərqli məna ifadə edir: sadəcə məhəbbət, yaxud ehtiras və – şəfqət.
S.Moem
***
Məhəbbət göz yaşı kimidir: gözdən başlayır, ürəyə düşür.
P.Sirr

İbrətli sözlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz