» » İnternetdə uşaqları intihara sövq edən oyun yayıldı...

İnternetdə uşaqları intihara sövq edən oyun yayıldı...

İnternetdə uşaqları intihara  sövq edən  oyun yayıldı...İnternetdə azyaşlıları intihara sövq edən oyun peyda olub.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, uşaqların çox izlədiyi bu oynun adı "Momo”dur. O, "Mavi balina” kimi təhlükəlidir.

"Youtube” uşaqlar üçün cizgi filmlərinin arasında gizlənir. Uşaqlar cizgi filmi izləyərkən bir anda ortaya çıxıb təlimatlar verməyə başlayır.

Videonu izləyən azyaşlılar dili başa düşməsələr belə göstərilənlərdən nə tələb edilyini analaya bilirlər. Bu videolarda uşaqlardan bıçaq, çəkic kimi kəsici alətlərdən istifadə edərək özlərinə zərər verməsi istənilir.

Artıq dünyanın fərqli ölkələrində yaşayan bir çox uşaqlar "Momo”nun istəyilə özünə xəsarət yetirib. Onlar analarına "Bunu Momo istədi” deyiblər.
Qeyd edək ki, "Momo” yapon heykəltəraş Keysuke Aysonun 2016-cı ildə sərgi üçün yaratdığı "Ana quş” heykəlinin qorxunc prototipidir. "Momo” oyunu İnternetə ayaq açdıqdan sonra 43 yaşlı heykəltəraş öz yaratdığı heykəli məhv etmək məcburiyyətində qalıb. O, belə bir bəyanat yayıb: "Momo öldü, artıq uşaqlar rahat yaşaya bilərlər”.
İnternetdə uşaqları intihara  sövq edən  oyun yayıldı...

Mənbə: Baku.vs

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz