» » Uşaqları qrip təhlükəsindən qorumaq üçün ilkin şəertlər

Uşaqları qrip təhlükəsindən qorumaq üçün ilkin şəertlər

Uşaqları qrip təhlükəsindən  qorumaq üçün  ilkin şəertlər

1. Uşaqlara ilk olaraq əllərini tez-tez yumaq lazım olduğunu öyrədin. Çünki əllərimiz ən çox çirklənən orqandır. Tutduğumuz qapı dəstəkləri, qələm, pozan, toxunduğumuz hər şey özündə mikrob saxladığı üçün, viruslar əllərimizlə orqanizmimizə asanlıqla yoluxa bilir. Hələ əlini fərqində belə olmadan dəfələrlə üzünə, ağzına aparan uşaq daha çox təhlükəyə məruz qalır. Ona görə də uşaqlarınızı tez-tez əllərini sabunla yumağa alışdırın.
2. Yoldaşları ilə söhbətləşərkən çox yaxın məsafədən danışmamalıdırlar. Viruslar tənəffüs və tüpürcək zərrəcikləri yolu ilə çox asanlıqla ətrafdakılara yoluxa bilər. Bütün xəstəlik müddəti üçün bu şərtəəməl edilməlidir.
3. Birdəfəlik kağız dəsmallardan istifadə etmək lazımdır. Öskürəndə, asqüəranda ağzı əllərlə deyil, kağız dəsmal ilə qapamaq, sonra o dəsmalı zibilə atmaq lazındır. Çünki ovuc içərisinə yerləşən mikroblar qısa müddətdə uzaqlaşdırılmadıqda tam bir təhlükə faktorudur.
4. Sınıflarin havası tez-tez dəyişdirilməlidir. Virus soyuq havada daha fəal yayılır. Bu səbəbdən uşaqlar açıq havaya çıxardən, insanların çox olduğu yerlərəgedərkən ehtiyatlı olmaları izah edilməlidir. 5. Xəstə valideynlər evdə maska taxmalıdır. Özü də bu maskalar bir neçə saatdan bir dəyişdirilməlidir. Çıxarılan maska anında zibilliyə atılmalıdır. Əllər yaxşıca yuyunmalıdır.
6. Qriplə mübarizədə immunitet sisteminin güclənməsi üçün sağlam və balanslı qidalanma şərtdir.
Bir çox uşaq səhər yeməyi istəmir, lakin səhər yeməyi hökmən olmalıdır.
7. Bol su içməli, C vitamini qəbul etməlidir. Bol su uşaqlar üçün təbii bir öskürək siropu xüsusiyyəti daşıyır. Qış aylarında odur ki, gündə ən azı 1-1.5 litr su içmək lazımdır.
8. Meyvələrin suyu deyil, püresi qəbul edilməlidir. Portağal, naringi, kivi, nar kimi immuniteti qüvvətləndirici meyvələr uşaqlara mütləq gündə bir neçə pay verilməlidir.
9. Rəngli tərəvəzləri uşaqlara sevdirmək lazımdır. Uşaqlarınız, ümumiyyətlə, tərəvəz sevmirlərsə, usanmamalı, bunu zaman-zaman uşaqlarda vərdiş halına gətirmək lazımdır.
10. Anaların etdiyi ən böyük səhvlərdən biri də uşaqlarını üşümək düşüncəsi ilə dəfələrlə geyindirərək soyuqdan qorumağa çalışması, yəni, oları qat- qat geyindirməsidir. Həkimlər yeni doğulan və 1 yaşlı uşaqların böyüklərdən bir dəfə çox örtülməsini, uşaqların isə yaşlıların geydiyi qədər geyindirilməsi lazım olduğunu tövsiyə edirlər.

Qeyd: Yazı türkcədən tərcümə yolu ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz