» » Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

 Nəvə oğul və ya qız övladının  böyüyüb ərsəyə çatandan sonra qarşılıqlı  sevigi ilə  qurduğu ailədə dünyaya göz açan uşaq övladına verilən ümumi addır. Bu, xəyalda  arzulanan, əl uzanılan  bir Allah payıdır.

 Qədimdə  nəvəyə "canımın canı” da deyirmişlər. Mən "Canımın içi” də deyirəm. Ataları uşaq olanda  belə şeylərin  fərqində olmamışamsa da, indi  fərqindəyəm. Nəvə bir xariqə…

Mənim bir dostum var: həyat adamıdır, odun-alovun içindən keçib gəlib. Həm də söz-sənət adamıdır… Bir sözün izahlı lüğətlərdə 12 müxtəlif mənası verilibsə, bu dostum 13-cüsünü, 14-cünü də  tapsın, əsaslandırıb desin. Amma "Nəvə” sözünün   yaratdığı mənaların çalarlarını mənim bildiyimin 50 faizini də bilmir.  Qınamıram. Axı görməyib. Sinəsini tankın qabağına dirəyib bu ağırlıqda texnikanın  hərəkətini dayandıran bir adamın köksünə 3-4 kq bir cocuq nə təsir edə bilər ki?!

Sözün, mənanın yaratdığı nəvə anlamını  demirəm ha… Qanından, canından nəşvünüma tapıb, xəlq edilmiş  bir varlıq, təsir …

"Nəvə" sözü, əlbəttə, "maqnit" sözünün sinonimi deyil. Amma  maqnitdən də güclü cazibəsi var. Maqnit dəmiri cəlb edir, nəvə bir ailənin ruhunu, canını, qanını. Tutaq ki, nəvən "A" məntəqəsindədir, sən də hər gün  müxtəlif  səbəblərdən "B" məntəqəsinə, "D" məntəqəsinə, nə bilim hansısa "N" məntəqəsinə  gedəcəksən. Evdən çıxıb gedirsən, elə bil ki,  ayağının biri "A" məntəqəsində qalır, sən təkayaqla gedirsən: ağrılı, cansıxıcı. Sonra  geriyə qayıdanda yolu da, zamanı da   kəsməyə, qısaltmağa  çan atırsan…

 Nənələrini sevəndə  nəvə ağıla gəlmir, heç bu haqda düşünmürsən… Amma  gerçəkdə  nəvələrin olanda, bax,  sənin sevgin yalnız  bu zaman  məlum olur: bir qızın, onun ailəsinin  xoşuna gələ bilmək üçün etdiyin canfəşanlıqlar, daha nələr  öz  təsdiqini  birlikdə yaşadığınız xoşbəxt ailənin təcəssümündə  tapmış olur. Əslində, nəvələrin birinci xoşbəxtliyi də budur ki, onlar həyatını sağlam və xoşbəxt   ailədə yaşasın, atalı-analı, babalı-nənəli böyüsünlər.  

 Çox qəribə hisslərdir:yaşa dolduqca  adam nəvəyə daha çox bağlanır. Bircə gün görməsəm, öpməsəm, iyləməsəm, üzümü-gözümü yaxasına sürtməsəm, əlini ovcuma almasam, elə bilirəm ki, orqanizmimi  təşkil edən   elementlər, hisslər  çoxusu  uçub gedib: ağzımın dadı qaçır, gözümün işığı öləziyir, havam çatışmır…Elə ki, əyilib öpürəm, əlini tutub  gəzirəm sanki  o çıxıb getmiş, uçub getmiş  nələr bir-bir sağdan-soldan bədənimə daxil olur, tamlanıram,  rahatlanıram. Bütün babalar eynən belədir…

Onda  "Canımızın içi” deməyimiz tam doğru deyilmi? Bütün məhəbbətlər mötəbərdir, amma nəvə  məhəbbəti  bunların hamısının  fövqündədir…

Həyatda çox qəribə qanunauyğunluq var, Allahımıza  qurban, ömrünün sonuna kimi səni bu məhəbbətdən  məhrum etmir…Yoxsa, qocalar da qarşımıza adda-budda çıxardı…

 Nəvəm Akifin doğum günüdür bu gün, 5 yaşı tamam olur. Evimizdə də bayramdır, könül mülkümüzdə də…

 Allahımız  hər kəsə qismət etsin.

 Dünyamızda əmin-amanlıq olsun.

Allah balalarımızı, nəvələrimizi  naqisliklərdən uzaq etsin...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz