» » Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

 

Ya kürəkən Qusardandır, gəlin Qubadan, ya da əksinə: gəlin  Qusardandır, Qubanın kəndinə gəlin köçüb. Fərqi yoxdur: Quba da bizim, Qusar da bizim.
Təki belə xeyirli xəbərlər calasın ərazilərimizi, süfrələrimizi, könüllərimizi bir birinə…
Bu yazını üzümdə təbəssümlə oxudum. Dünyay gələn hər körpə yaşamaq üçün adamda ümid yaradır . Hər bir körpə bir atanın, bir ananın, bir ailənin, nəslin qəlb evinə sığmayan bir arzusuna çevrilir. Ürəyini və ruhunu, duyğularını nizamlayır … Hesab edin ki, 50-60 yaşında 2-3 yaşındakı, 1-ci sinifdə oxuyan vaxtın şəkillərini gördükdə necə dəyişilirsən...
 
Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib
Elə bil çəkin 1-2 kq-dır. Çəkirsizlik şəraitində uçursan….Amma biz o vaxtı bunu duya bilməzdik ki..Bunu ata-analarımız başa düşüb, pis-yaxşı geyindirdikləri sadə əyin-başımıza baxıb özlərini Müəllif, Bəstəkar, Rəssam hesab edirlər.
İndi bu üçəm balalarımız iki böyük nəsildə bu ülviyyəti yaradıb.Xoş gəliblər.Valideynlərini, baba-nənələrini təbrik edirik… Allah əmanətində…
Allah bütün evlərimizə, ocaqlarımıza körpə qismət etsin…

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

P.S:Mən bu təbriki yazanda Qubadan dostumuz dostumuz-qardaşımız Ramiz Qusarçaylı zəng vurmuşdu. Hal-əhvallaşdıq. Bir sevimli xəbəri də , nəhayət ki, eşitdik.Oğluna martın 2-də toy məclisi düzənləyəcəyini bildirdi..
Üçəmlərin təbriki ilə eyni vaxtda Qubanı-Qusarı öz nüfuzunda yaşadan dostumuz-qardaşımız Ramiz müəllimin zəngi də çox üst-üstə düşdü, mənim içimdəkiləri sənədli-canı şahidli təsdiqlədi. Sizi də təbrik edirəm..ürəkdən..ürəkdən. Süleymana, sizə deməkdən yorulmuşdum.İndi bəlkə Süleyman da tərpənə.Onun da bir təərfi Qubadandır))…

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Qubada - Qusarda üçəm oğlan dünyaya gəlib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz