» » Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun ilk dəfə məktəbə gedən oğlunun müəlliminə məktubu

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun ilk dəfə məktəbə gedən oğlunun müəlliminə məktubu

Müəllif: Dəyanət от 14-02-2019, 00:20

 

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun ilk dəfə məktəbə gedən oğlunun müəlliminə məktubu

 

Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.

Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaşıları özünə götürməyi öyrət. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, uluyan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.
Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız.

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun ilk dəfə məktəbə gedən oğlunun müəlliminə məktubu

 

Mənbə:https://kayzen.az/blog/dusundurucu-hekayeler/17817/avraam-linkolundan-o%C4%9Flunun-m%C3%BC%C9%99llimin%C9%99-m%C9%99ktub.html#cut

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz