» » "Bütün dünyanı qucaqlamaq istədim..."

"Bütün dünyanı qucaqlamaq istədim..."

 
"Bütün dünyanı qucaqlamaq istədim..." 

21 yanvar bütün dünyada Beynəlxalq Qucaqlaşma Günü kimi qeyd edilir (National Hug Day, ya da National Hugging Day).

İlk dəfə 21 Yanvar 1986-ci il tarixində  Caro (Michigan) şəhərində qeyd olunub və o zamandan bəri Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, Polşa və digər ölkələrdə də bu  gün  üzlərdə, könüllərdə təbəssümlə qarşılanır.

 Dünya Qucaqlaşma Günü insanlara isti və sevgi dolu bir qucaqlamanın nə gözəl ola biləcəyini xatırladır. Bu günün tarixçəsi  amerikalı Kevin Zaborney tərəfindən Milad və Sevgililər Günü arasındakı   gün kimi tarixəçevrilmişdir.  Bundan başqa, adətən bu günlər soyuq olur və bu müddət ərzində bir çox insan depressiv və melanxolik olabilir- sevildiyiniz və yalnız olmadıgınızı qucaqlaşaraq bir-birinizə xatırlada bilirsiniz. Amma Dünya Qucaqlaşma (Sarılma) Gününün təşəbbüskarına  görə,    bu ehtiram tək sevgililər, ailə üzvləri  arasında  deyil, bütün insanlar arasında  var olmalıdır, yəni,

bu gün hər kəs, hətta bir-birlərini tanıyıb-tanımamasından asılı olmayaraq,  hər kəs  bir-biri ilə   dostcasına qucaqlaşmalıdır.

 "Qucaqlaşmaq” sözünün yaratdığı  təəssürat məmnunluq, sevinc, ehtiram, sevgi izhar etməkdir.

 Valideynlərin  öz övladını qucaqlaması, babanın – nəvəsini qucaqlaması,  ananın bəy övladının boynundan öpməsi,  əsgər  oğlu sağ-salamat xidmətdən dönüncə  balasına sarılması,  uzun fasilədən sonra  dostların, əziz adamların bir-birini qucaqlaması  bir sədaqət, vəfa ifadəsidir.

Kaş  insanlar hər zaman bir-birlərinə belə səmimimiyyət üçün ehtiyac hiss edəydilər.

Kaş bütün  bu hisslər   bəşəriyyət var olunca,  insanlıq himni olsun.

 

  

"Bütün dünyanı qucaqlamaq istədim..."

 

"Bütün dünyanı qucaqlamaq istədim..."

 

"Bütün dünyanı qucaqlamaq istədim..."

 

"Bütün dünyanı qucaqlamaq istədim..." 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz