» » Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

 

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Açıq havada gəzinti , qaçış və velosiped idmanı kimi məşqlər immunitet sistemini gücləndirir, mövsümi depressiyaya maneə törədir, sağlam və formada qalmağı təmin edir. Ancaq soyuq havada hərəkət etmək üçün qaydalar var ki, onları daim yadda saxlamaq lazımdır.Həmin qaydaların vaciblərini xatırladırıq:
Hava soyuduğu üçün qış aylarında açıq havada çox qalmaq olmur , çöldə edilən fiziki təmrinlər ya tam dayandırılır, ya da məhdudlaşdırılır.
Amma mütəxəssislər tövsiyə edirlər ki, soyuq havada məşq etməyin qayda-qanunlarına düzgün əməl edilsə, soyuq havalarda edilən məşqlər sağlamlıq üçün çox əhəmiyyətlidir. 

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Qat-qat geyinin
Soyuq havalarda ilk bilməli olduğunuz məsələ: bədəninizin temperaturunun qaydasında olmasıdır. Odur ki, qalın geyinməli , həm də elə parçadan tikilmiş geyim ki, təri həm tam özünə çəksin, həm da asan hava almağa imkan versin.
 
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Ayaqqabıınızı qurudun
Məşqdən öncə fikir verin, ayaqqabılarınız məmdirsə, məşqə qədər qurudulmasını təmin edin. Çünki nəm ayaqqabılar orqanizmə çox pis təsir göstərir.
 

 

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə 

 

Papaqdan istifadə edin
Dizinizi, əllərinizi, başınızı, eləcə də boyun və çiyininizi soyuqdan qoruyun. Araşdırmalar göstərir ki, bədən istiliyinin 30% -dən çoxu başdan itir. Buna görə mütləq papaq geyinməlisiniz.

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

İstiləşməyə tələsməyin
Məşqə yavaş-yavaş başlayın. Çünki qışda vücudun normal temperatur halına gəlməsi daha çox vaxt alır.

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Burundan nəfəs alın
Soyuq havanın tənəffüs yollarınızda fəsad törətməməsi üçün burundan nəfəs alın. Belədə hava sizin ağciyərinizə çatana qədər artıq qızmış olur.

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Su qəbul etməyə laqeyd qalmayın
Maye qəbul etmək ehtiyacı soyuq havalarda yada düşməsə də, bu da unudulmamalıdır. Çünki soyuqda da bədəninizdə suyun azlma ehtimalı vardır. Təlimdən sonra bir stəkan su və bir fincan isti içmək yaxşı olar.
Gün ərzində 8-10 stəkan su qəbul etmək yaxşıdır.

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Günəş işığını unutmayın
Xüsusilə gündüz və günorta saatlarında soyuq havalarda günəş işığından faydalanın. Bu, həm sümükləriniz həm də immunitet sisteminiz üçün olduqca əhəmiyyətli olan D vitamini istehsalı üçün daha çox günəş işığı cəm edə bilmənizə imkan verir.

 

 

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə 


 

Artıq çəki almamanıza diqqətli olun
Dərialtı yağ toxuması çox olan şəxslərin soyuğa davamlılığı bir üstünlük kimi görünsə də, məşq prosesi üçün tam əksinədir. Məqsədiniz məşq zamanı isti qalmaqdırsa, formada olmağınız daha çox çəkili olmağınızdan yaxşıdır.

 

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Çox soyuq havada  məşq üçün açıq yerlər seçməyin
Çox soyuq havada açıq sahələrdə olmayın. Soyuq havada və açıq sahələrdə idman edəndə vücudunuzun səsini mütləq dinləyin və kritik hədd olan 10 dərəcənin altındakı hava şəraitində idman etmək üçün açıq sahələri seçməyin.

Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə

Yorğun və xəstə olarkən məşq etməyin
Yorğun və xəstə hiss edirsinizsə, yüksək hərarət və infeksiya vəziyyətində məşqinizi təxirə salın. Xroniki bir xəstəliyiniz varsa, soyuq havanın xəstəliyə təsiri barədə  həkiminizə müraciət edin. 
Qeyd : Türkcədən tərcümə ilə təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz