» » Qonaqlıq süfrəsi necə hazırlanır?

Qonaqlıq süfrəsi necə hazırlanır?

Müəllif: Məlahət от 4-10-2016, 12:21

Qonaqlıq süfrəsi necə hazırlanır?

1- Yemək siyahısını hazırlayarkən qonaqların yaşlarını, yaşadıqları yeri, sağlamlıq vəziyyətlərini və hətta cinsini də nəzərə alın.
2- Yemək siyahısında mümkün qədər həzmi çətin olan yeməklərdən istifadə etməyin.
3- Bir yemək siyahısında tomatlı, ya da bir-birinə bənzəyən iki yemək , hətta bir-birinə bənzəyən adlar olmamalı. 4- Bir kral süfrəsi ilə ailə süfrəsi arasındakı fərq yemək dəstlərinin lüks olmasıdır. Ancaq yemək qaydaları eynidir. 

Qonaqlıq süfrəsi necə hazırlanır?

5- Süfrəyə üç dəstdən çox bıçaq, çəngəl qoymayın. Ancaq stəkanlar dörd ədəd ola bilər. Qonaqlıq süfrəsi necə hazırlanır?
6- Qonaq süfrəsində hər yeməkdə çəngəl, bıçaq və qab dəyişməlidir.
7- Soyuq yemək soyuq qabda, isti yemək isidilmiş qabda verilməlidir.
8- Çəngəlləri istifadə sırasına görə, iti tərəfi havaya qalxmış formada olaraq və boşqabın soluna yerləşdirin. Yalnız desert çəngəli boşqabın önünə sapı sol tərəfdə qalacaq şəkildə yerləşdirilir.
9- Bıçaqlar kəskin tərəfi boşqaba doğru olaraq, boşqabın sağına qoyulur. Təkcə şirniyyat bıçağı boşqabın önünə, sapı sağda qalacaq şəkildə və çörək bıçağı da çörək qabının üzərində sağ kənarında istifadə edilir.

Qonaqlıq süfrəsi necə hazırlanır?

10- Fincan hər zaman sağda durur. Qonaqlıq süfrəsi necə hazırlanır?
11- Qaşıqlar oyuq qismi ağzəyuxarı şəkildə və qabın sağında, bıçağın sağına yerləşdirilir. Şirniyyat qaşığı istifadə ediləcəksə, şirniyyat bıçağı qaldırılır, yerinə şirniyyat qaşığı qoyular.
12- Çiçəklər, şamdan və s. qonaqların bir-birlərini görmələrini maneə törədəcək şəkildə qoyulmamalıdır.
 

[img]http://anaveusaq.az/uploads/posts/2016-10/1475570077_4.jpg[/timg]

13- Duz və istiot qabları, şirniyyat çəngəl və bıçaqlarının arxasında - masanın ortasına yaxın qoyulur.
14- Xardal, ketçup, mayonez əvvəldən süfrəyə qoyulmaz. Əgər bunların istifadə ediləcəkləri yemək varsa, onlar yeməklə birlikdə süfrəyə gətirilər.
15- Əlle yeyilən yeməklərdən sonra yüngül sabunlu və qoxulu əl dəsmalı verilməlidir. Qonaqlıq süfrəsi necə hazırlanır?
16- Bəzi yeməklərin yeyilməyən hissələri, sümüklər üçün yemək qabının sol önünə bu məqsədlə qab qoyulmalıdır. 17-Masa arxasındakı stullar arasındakı məsafələr eyni olmalıdır.

Qonaqlıq süfrəsi necə hazırlanır?

18- Yemək masası üçün ən uyğun çiçək düzümü kiçik çiçək düzümləri və hörmətli qonaqların qarşısına- masanın ortasına doğru qoymalıdır.
19- Qonaqların rahatca yeyə bilməsi üçün hər adama 60 sm yer olmalıdır.
20- Salfet süfrəyə mümkün qədər sadə şəkildə qoyulur. Şəkilli qatlamalar doğru deyil. Qonaqlıq süfrəsi necə hazırlanır?
21- Evin xanımı yemək xidmətini, evin bəyi içki xidmətini etməlidir.
22- İstifadə olunmuş dəstlər sağdan alınır və yerinə təmizləri qoyulur.

Qonaqlıq süfrəsi necə hazırlanır?

23- Yeməkdən əvvəl içki xidməti edilər.
24- Yeməyə şorba ilə başlanacaqsa, içki xidməti etməyin. Şorba bitdikdən sonra içki xidmətinə başlaya bilərsiniz. 25- Qarnitürlər və souslar ayrı xidmət edildiyi üçün soldan verilməlidir. Qonaqlıq süfrəsi necə hazırlanır?
26- Əvvəl yüngül şərab, sonra qüvvətli şərablar verilməlidir.

Qonaqlıq süfrəsi necə hazırlanır?

27- Süfrədə xəstəlik səbəbiylə, ya da xüsusi səbəblərlə içki qəbuletməyəın qonaqlar üçün spirtsiz içki və meyvə suyu qoyulmalıdır.
28- Süfrədə xəstəlik və ya digər səbəblərdən hər şeyi yeyə bilməyən qonaqları çətin vəziyyətdə buraxmamaq üçün bir nayrı yeməklər olmalıdır.
29- Ziyafət süfrəsində əllə yeyilən yeməklər verilməz.
30- Ziyafət süfrəsində sarımsaqlı yeməklər verilməz.

Qonaqlıq süfrəsi necə hazırlanır?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
The following time I learn a weblog, I hope that it doesnt disappoint me as much as this one. I imply, I do know it was my option to read, but I truly thought youd have something interesting to say. All I hear is a bunch of whining about one thing that you may fix in case you werent too busy in search of attention. http://hellowh983mm.com
  • Нравится
  • 0