» » Məşhurların dil haqqında fikirləri

Məşhurların dil haqqında fikirləri

Məşhurların dil haqqında fikirləri 
Dil insanı dəyərləndirmək üçün vasitədir.
Məhəmməd peyğəmbər (S.ə.s)
*****
Birinə elə bir söz söylə ki, ya (yaşat, ya da öldür; amma əsla yaralı buraxma.
Şəms Təbrizi
*****
Danış ki, səni görüm.
Sokrat
*****
Ölkəsini, yüksək istiqlalını qorumasını bilən Türk milləti, dilini də yabançı dillər boyunduruğundan qurtarmalıdır.
Mustafa Kamal Atatürk
*****
Milliyyətin çox bariz xüsusiyyətlərindən biri də dildir. Türk milləti deyilən insan, hər şeydən əvvəl və mütləq türkcə danışmalıdır.
Mustafa Kamal Atatürk
*****
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının: elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Heydər Əliyev
*****
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Heydər Əliyev
*****
Öz ana dilini bilməyənlər şikəst adamlardır!
Heydər Əliyev
*****
Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir.
Əbu Turxan
*****
Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər.
Əbu Turxan
*****
Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir.
Əbu Turxan
*****
Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir.
Əbu Turxan
*****
Başqa dilə gəlməz, ananın səsi,
Hər sözü axtarsan var Türkcəsi.
Ziya Göyalp 
*****
Bu dil-bizim ruhumuz, eşqimiz, canımızdır
Bu dil-bir-birimizə əhdi-peymanımızdır.
Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil-əcdadlarımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə edək.
B.Vahabzadə
*****
Dilim ayaqlarda toz olan zaman
Ali məclislərdən qovulan zaman
Rahatsız deyildim ana dilimdən
Sənə güvənirdim,
bilirdim ki, mən
Dilimdə danışan bir türk yurdu var,
Öz dilim yaşarsa, millətim yaşar!
B.Vahabzadə
*****
Dil açanda ilk dəfə "ana” söyləyirik biz,
"Ana dili” adlanır bizim ilk dərsliyimiz,
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
B.Vahabzadə
*****
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar!
Qəlbinizi açmayır qoşmalar, telli sazlar.
Bunlar qoy, mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun!
B.Vahabzadə
*****
Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə - uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.
Onun məhv etdiyi boranlı qışdır,
Onun qarşısında düşməndi əsən,
Onu həqiqətmi ovxarlamışdır?!
Şahlar qılıncını bu dildir kəsən!
Ə.Kərim.
Məşhurların dil haqqında fikirləri 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz