» » Dənizdə yaşayan Bajau qəbiləsi

Dənizdə yaşayan Bajau qəbiləsi

Dənizdə yaşayan Bajau qəbiləsi

Malayziyanın Borneo şəhərində yaşayan Bajau qəbiləsi  onlar  haqqında məlumatı olan hər kəsi təəccübləndirməkdədir. Səbəb də budur ki, bu qəbilənin insanları həyatlarını balıq kimi dənizdə keçirirlər.
Bajau tayfasının üzvləri dənizdə qurulmuş köhnə evlərdə yaşayırlar. Ayaqları , demək olar ki, yerə dəyməmiş bajalılar geniş dənizin yeganə sahibi olmuşlar.
Dolanışıqlarını balıqçılıqla təmin edən bu insanlar, təəssüf ki, heç bir ölkə tərəfindən vətəndaşlığa qəbul olunmur. Quruda özlərinə yer tapa bilməyən bajauluların yeganə vətəni elə dənizdir.
Bajau qəbiləsindən doğulan uşaqlar gəzmək öyrənmədən daha əvvəl bir balıq kimi üzmək öyrənirlər. Bu uşaqlar ev heyvanları kimi dəniz ulduzları, balıqlar və osminoqlara baxırlar.
Qəbilədə, demək olar ki, hamı savadsızdır. Burada heç kim yaşını bilmir. Təmiz dəniz suyunda vaxtlarını keçirən Bajau qəbiləsi  həyat tərzi ilə görənlərə heyrətə gətirir.
Dənizdə yaşayan Bajau qəbiləsi

Dənizdə yaşayan Bajau qəbiləsi

Dənizdə yaşayan Bajau qəbiləsi


Qeyd: Yazı internet mənbələrindən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz