» » "...Oğlum səninlə hansı dildə danışdı?"

"...Oğlum səninlə hansı dildə danışdı?"

Rəsul Həmzətovun "Mənim Dağıstanım” əsərindən 

"...Oğlum səninlə hansı dildə danışdı?"Amerika səfərlərinin birində hoteldə biri şəxs ona yaxınlaşıb tanışlıq verir:  dağıstanlı olduğunu söyləyir. İkinci dünya müharibəsində əsir düşdüyünü, oradan da Amerikaya aparıldığını, uzun illərdir orada yaşadığını bildirir.
Həmin şəxs Rəsul Həmzətovdan xahiş edir ki, vətənə qayıdanda onların kəndinə gedib anasını tapsın, onun sağ olduğunu söyləsin.
Şair də səfərdən qayıtdıqdan sonra gedib həmin adamın anasını axtarıb tapır, oğlunun sağ-salamt olduğunu,hazırda Amerikada yaşadığını söyləyir.
Şad xəbərə nəinki onun anası hətta bütün kənd sevinir, yığılıb böyük şadlıq məclisi qururlar. Ona coxlu suallar verirlər, həmyerliləri haqqında daha dəqiq bir şeylər öyrənmək istəyirlər. Sevincindən göylərdə uçan Ananın sualı isə çox qısa olur:
-Oğlum səninlə hansı dildə danışırdı?
- İngilis dilində.
Ana başındakı şalı üzünə çəkib için-için ağlamayaraq:
- Mənim oğlum ölmüş, - deyir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz